Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-904/2025 22.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı X1 14 noyabr 1992-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, X5 ilə ailə qurmuş və onların 4 uşaqları doğulmuşdur. Həmin uşaqlardan 23 iyul 1991-ci il tarixdə doğulmuş X3 14 noyabr 1992-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün mərhum qızının ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmişlər və bu səbəbdən də qızının ölüm akt qeydi aparılmamışdır. Əri vəfat etdikdən sonra onun adına verilmiş torpaq sahəsinə çıxarış alınmasından ötrü DƏDRX-nə müraciət etdikdən sonra mərhim qızının ölüm haqqında şəhadətnaməsi lazım olduğu bildirilmişdir. Bundan sonra o, sənədləşmə işlərinin aparılmasından ötrü mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Ərizəçi mərhum X5 ilə ailə qurduqdan sonra onların 4 uşaqları doğulmuşdur. Həmin uşaqlardan X3 14 noyabr 1992-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn olunmuşdur. O, özü şəxsən bir yaxın qohum kimi yas mərasimində yaxından iştirak etmişdir. O, təsdiq edir ki, X3 14 noyabr 1992-ci il tarixdə Cəlilabad şhərində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli 123/12 saylı doğum haqqında arayışdan görünür ki, X3 23 iyul 1991-ci il tarixdə Cəlilabad şəhərində doğulmuşdur, atası X5, anası isə Ərizəçidır. İşdə olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 yanavar 2025-ci il tarixli, 5-41/2-5-274/2025 saylı arayışdan görünür ki, Əliyeva X2 şəhəri, M.Əzizbəyov küçəsi, 04 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X9 Şöbəsi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli, 18-1-32/2-Ə-44-xx-xx/2025 saylı məktubdan görünür ki, 23 iyul 1991-ci il tarixdə anadan olmuş X3 ölən zaman həkim ekspert tərəfindən müayinə olunmadığı üçün, ekspert rəyinin verilməsi mümkün olmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli, 12/181 saylı məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin mərhum qızı X3 14 noyabr 1992-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və vəfatından sonra Cəlilabad şəhər məzarlığında dəfn olunmuşdur. Sonradan ərizəçi qızı Sahilənin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə Qeydiyyat orqanında ölüm akt qeydi aparılmaqla ərizəçinin mərhum ərindən qalmış mirasın rəsmiləşdirilməsi üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 14 noyabr 1992-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 23 iyul 1991-ci ildə doğulmuş X1 14 noyabr 1992-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-904/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-904/2025
22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver