Məhkəmə qərarları › İş №2(073)-921/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-921/2024

26.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-921/2024 26.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X1 07 may 2004-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, bacısı X5 24 fevral 1983-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş və 07 may 2004-cü ildə yaşadıqları evin zirzəmisində özünü asaraq intihar etmişdir. Bacısı Cəlilabad rayonunun Sabirabad kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt bacısının ölüm akt qeydi aparılmamışdır. Bacısına ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin bacısının ölümü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktını müəyyən edilməsi ona (ərizəçiyə) miras qalmış birgə mülkiyyətdə olan torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. Mərhum qızı X5 07 may 2004cü ildə yaşadıqları evin zirzəmisində özünü asaraq intihar etmiş və Cəlilabad rayonunun Sabirabad kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt qızına ölüm haqqında şəhadətnamə almamışlar. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Mərhum bacısı X5 07 may 2004-cü ildə yaşadıqları evin zirzəmisində özünü asaraq intihar etmiş və Cəlilabad rayonunun Sabirabad kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt qızına ölüm haqqında şəhadətnamə almamışlar. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 24 fevral 1983-cü ildə doğulmuşdur, atası X9, anası X2r. İşdə olan Cəlilbad rayon Prokurorluğunun xx.xx.2004-cü il tarixli, 120-c-04 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X5 07 may 2004-cü il tarixdə Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən yaşadığını evin zirzəmisində özünü asaraq ölmüşdür. İşdə olan Cəlilbad rayon İHB Cəlilabad rayon Sabirabad kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024 il tarixli arayışdan görünür ki, Sabirabad kənd sakini olmuş X5 07 may 2004-cü ildə vəfat etmiş və 07 may 2004-cü il Cəlilabad rayonu Sabirabad kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1983-cü ildə anadan olmuş X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X10 X16 rayon X7 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad RMX PHŞ-də 1983-cü il il təvəllüdlü X3 dair ölüm haqqında tibbi şəhadətnamə barədə məlumat olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X1 ölüm tarixi kimi 07 may 2004-cü il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin bacısı X5 07 may 2004-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən yaşadığı evin zirzəmisində özünü asaraq intihar etmiş və Cəlilabad rayonunun Sabirabad kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt onun ölümü ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınmaı mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə X1 ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktını müəyyən edilməsi ərizəçiyə miras qalmış birgə mülkiyyətdə olan torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X1 07 may 2004-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 fevral 1983-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş X1 07 may 2004-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar