Məhkəmə qərarları › İş №2(073)-97/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-97/2023

11.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-97/2023 11.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasarın cavabdehin hesabına sökülməsi, həmin sahəyə tökülmüş tikinti materiallarının götrülməsi, həmin yerə hasarın çəkilməsinə edilən maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasarın cavabdehin hesabına sökülməsi, həmin sahəyə tökülmüş tikinti materiallarının götrülməsi, həmin yerə hasarın çəkilməsinə edilən maneələrin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı əsaslandıraraq verdiyi izahatında bildirmişdir ki, İddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında bir neçə dəfə məhkəmə mübahisəsi olmuşdur. Cavabdeh iddiaçının həmin torpaq sahəsini zəbt etdiyi üçün məhkəmə mübahisəsi olmuş, məhkəmənin müvafiq qətnaməsinə əsasən cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması qət edilmiş və qətnamənin icrası təmin olunmuşdur. İddiaçı cavabdehlə aralarında olan torpaq sahəsinin ayrılması üçün hasarlama işlərinin aparılmasını təmin etmək istəmiş, lakin cavabdehə məxsus tikinti materialları iddiaçının mülkiyyətində olan torpaq sahəsində olduğu üçün maneə törənmişdir. İddiaçı ona maneçilik törətdiyi üçün cavabdehdən həmin tikinti materiallarının çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh buna qəsdən maneçilik törətmişdir. Bu səbəbdən də iddiaçı öz mülkiyyətində olan torpaq sahəsində hasarlama işlərini apara bilməmişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 1426A (KOD ********) saylı şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli 03 saylı qərarı ilə İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətinə 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(073)-56/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin olunmuş və cavabdeh Nəbiyev X2 şəhərində yerləşən İddiaçı və ailə üzvlərinə 1426A ( kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsinin zəbt edilmiş (Cavabdeh istifadəsində olan 0.1826 ha həyətyanı torpaq sahəsinin cənub-qərb hissəsində yerləşən 502.6 kv. metr) 0.05026 ha, yəni 502.6 kv.metr hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(106)-2390/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(073)-56/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 dekabr 2019cu il tarixli 2(102)-7545/2019 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(106)- 2390/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı və ailə üzvlərinə JN 1426A, kod 80601004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsindən 0.05026 ha (502.6 kv. metr) hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(073)-56/2019 saylı qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin olunmuş və cavabdeh Nəbiyev X2 şəhərində yerləşən İddiaçı və ailə üzvlərinə 1426A ( kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəsinin zəbt edilmiş (Cavabdeh istifadəsində olan 0.1826 ha həyətyanı torpaq sahəsinin cənub-qərb hissəsində yerləşən 502.6 kv. metr) 0.05026 ha, yəni 502.6 kv.metr hissəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(106)-2390/2019 saylı qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(073)-56/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(102)-7545/2019 saylı qərarına əsasən isə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli 2(106)-2390/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri qanuni qüvvəsini almış və icra edilmişdir. İddiaçı, cavabdehlə aralarında olan torpaq sahəsinin ayrılması üçün hasarlama işləri aparmaq istəmiş, lakin cavabdeh tikinti materiallarını iddiaçının mülkiyyətində olan torpaq sahəsinə tökərək maneə törətmişdir. İddiaçı, cavabdehdən həmin tikinti materiallarının çıxarılmasını dəfələrlə tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Bu səbəbdən də iddiaçı öz mülkiyyətində olan torpaq sahəsində hasarlama işlərini apara bilməmiş və buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasar cavabdehin hesabına sökülməli, həmin sahəyə tökülmüş tikinti materialları götrülməli, həmin yerə hasarın çəkilməsinə edilən maneələr cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus 502,6 kv.metr torpaq sahəsinə çəkdiyi hasar cavabdehin hesabına sökülsün, həmin sahəyə tökülmüş tikinti materialları götrülsün, həmin yerə hasarın çəkilməsinə edilən maneələr cavabdehə qadağan edilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar