Məhkəmə qərarları › İş №2(073)-979/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-979/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-979/2025 17.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum qızı X9 09 may 1989-cu il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuş, 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və Cəlilabad rayonu Uzuntəpə kənd məzarlığında dəfn edilmişdir. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün mərhum qızının ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də oğlunun ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qardaşı Fizuli Rzayevin arvadı, mərhum X9 isə onun qardaşı Fizuli Rzayevin ərizəçi ilə birgə nikahlarından doğulmuş qızıdır. Qardaşı qızı mərhum X9 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və Uzuntəpə kənd məzarlığında dəfn olunmuşdur. Bir yaxın qohum kimi onun yas mərasimində yaxından iştirak etmişdir. O, X4 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun bacısı, mərhum X9 isə onun bacısı qızıdır. Mərhum bacısı qızı X9 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və Cəlilabad rayonu Uzuntəpə kənd məzarlığında dəfn olunmuşdur. Bir yaxın qohum kimi onun yas mərasimində yaxından iştirak etmişdir. O, təsdiq edir ki, X9 14 avqust 2006cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli 158/12 nömrəli nikah haqqında arayışdan görünür ki, X7 ilə X3 nikahlarını 10 avqust 1986-cı il tarixdə qeydə aldırmışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 saylı qeydiyyat aparılmaqla, arvada Rzayeva soyadı verilmişdir. İşdə olan XİV-JQ 122592 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 may 1989-cu ildə Cəlilabad rayonu Uzuntəpə kəndində doğulmuşdur, atası X7, anası isə X1r. İşdə olan Cəlilabad RİHB-nın Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 5-41/2-33-185/2025 saylı arayışdan görünür ki, həqiqətən X9 əmisi X5 dediyinə görə 14 avqust 2006-cı il tarixdə vəfat etmiş və Uzuntəpə kənd məzarlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş mərhum X4 məzar daşının fotoşəklində doğum tarixi 09.V.1989-cu il, ölüm tarixi isə 14.Vİİİ.2006-cı il göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi mərhum qızı X9 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və vəfatından sonra həmin kənd məzarlığında dəfn olunmuşdur. Sonradan ərizəçi qızı Xalidənin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə qızına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X4 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 09 may 1989-cu ildə doğulmuş X4 14 avqust 2006-cı il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar