Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-980/2025 18.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun xx.xx.2021-ci ildə Cəlilabad rayonunun Pərdi kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx xxxx 1986-cı il tarixdə Cəlilabad rayonu, Pərdi kəndində doğulmuşdur. X2 23 noyabr 2021ci il tarixdə vəfat etmişdir. X2 vəfat etdikdən sonra onu Cəlilabad rayonu, Pərdi kənd qəbristanlığında dəfn etmişlər. Bundan sonra onun ölüm akt qeydinin aparılması üçün vaxtında müvafq orqana müraciət etmədiklərindən onun ölümü qeydə alınmamışdır. Hazırda atasının adına olan əmlakla bağlı vərəsəlik işi açılması üçün ölüm haqqında şəhadətnamə lazımdır. Buna görə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin oradan atasının ölümü ilə bağlı heç bir məlumatlarının olmaması əsası ilə imtina vermişlər. Daha sonra o, Maraqlı şəxsnə müraciət etmiş, ona bildirmişlər ki, atasının ölümünü qeydə almaq üçün ölüm haqqında tibbi şəhadətnamə olmalıdır. Tibbi şəhadətnamə olmadığından atasının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Atasının 23 noyabr 2021-ci il tarixdə Cəlilabad rayonu, Pərdi kəndində ölməsi faktı ərizəsinə əlavə edilmiş qəbir daşının fotoşəkili, Xanəgah kənd İcra nümayəndəliyinin arayışı və şahidlərin izahatları ilə təsdiq edilir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş şahid X10 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. X1 onun (şahidin) qonşusu olmuşdur. Güləhməd Kərimov ürək tutmasından vəfat etmiş, Pərdi kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. X3 ürək xəstəliyindən noyabrın 23-də vəfat etmiş, Cəlilabad rayonu Pərdi kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi mərhuma ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamə almaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan Tibbi Ərazi Bölmələrinin X9 X15 rayon X7 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1958-ci ildə doğulmuş X4 ölümü ilə əlaqədar Cəlilabad RMX PHŞ-də heç bir məlumat aşkar olunmamışdır. İşdə olan Cəlilabad rayonu İHB-nın Xanəgah kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci ildə doğulmuş X5 xx.xx.2021-ci ildə Pərdi kəndində vəfat edilmiş və Pərdi kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının foto şəklindən görünür ki, X4 ölüm tarixi kimi xx.xx.2021-ci il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X2 xx.xx.1958-ci ildə doğulmuş, xx.xx.2021-ci ildə vəfat etmişdir. Həmin vaxt ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin atasının ölümü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Atasının ölüm faktının müəyyən edilməsi ərizəçiyə vərəsəlik məsələsinin həlli üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, ərizəçinin X2nun xx.xx.2021-ci ildə Cəlilabad rayonunun Pərdi kəndində ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini, habelə “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1958-ci ildə doğulmuş X4 23 noyabr 2021-ci ildə Cəlilabad rayonunun Pərdi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-980/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-980/2025
18.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver