Məhkəmə qərarları › İş №2(073)-982/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-982/2024

08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-982/2024 08.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə doğulmuş X4 10 oktyabr 1992-ci ildə Cəlilabad rayonu Hasıllı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum oğlu X10 xx.xx.1992-ci il tarixdə doğlulmuş, 10 oktyabr 1992-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. Oğlunu Cəlilabad rayonu Hasıllı kənd qəbirstanlığında dəfn etmişlər. Həmin vaxt oğluna ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən edilməsi mərhum ərindən miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçinin Əli adlı uşağı 10 oktyabr 1992-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. Həmin uşağı Cəlilabad rayonu Hasıllı kənd qəbirstanlığında dəfnetmişlər. Həmin vaxt oğluna ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı orqana müraciət etməmişlər və ölüm akt qeydi aparılmamışdır. Ərizəçi oğluna ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası qızı və mərhum qardaşının həyat yoldaşıdır. Ərizəçinin Əli adlı uşağı 10 oktyabr 1992-ci ildə xəstəlik səbəbindən vəfat etmişdir. Həmin uşağı Cəlilabad rayonu Hasıllı kənd qəbirstanlığında dəfnetmişlər. Həmin vaxt oğluna ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı orqana müraciət etməmişlər və ölüm akt qeydi aparılmamışdır. Ərizəçi oğluna ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Cəlilabad rayonu Seyidbazar kənd Həkim Məntəqəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş X4 ölümü barədə heç bir məlumat yoxdur. İşdə olan Tibbi Ərazi Bölmələrinin X11 X14 rayon X9 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad RMX PHŞ-də xx.xx.1991ci il tarixdə andadn olmuş X4 ölüm haqqında tibbi şəhadətnamə barədə məlumat olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisinnin xx.xx.2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərardan görünür ki, Ərizəçi oğlu X3 qalmış mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin X4 ölümü haqqında məlumat olmadığından notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İşdə olan Cəlilabad rayonu Seyidbazar kənd bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 xx.xx.1992-ci il tarixdə doğulmuş, 10 oktyabr 1992-ci ildə vəfat etmiş və Cəlilabad rayonu Hasıllı kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Cəlilabad rayonu Seyidbazar kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1992-ci ildə doğulmuşdur, atası X2, anası Ərizəçidır. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə və hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1992-ci ildə doğulmuş Əli adlı uşağı 10 oktyabr 1992-ci ildə Cəlilabad rayonunun Hasıllı kəndində ölmüş və Hasıllı kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt onun ölümü ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınmaı mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə X4 ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktını müəyyən edilməsi ərizəçiyə miras əmlaka qanun üzrə vərəsə tanınmaq üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X4 10 oktyabr 1992-ci ildə Cəlilabad rayonunun Hasıllı kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 sentyabr 1992-ci ildə doğulmuş X4 10 oktyabr 1992-ci ildə Cəlilabad rayonunun Hasıllı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar