Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1015/2025 15.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi Nümayəndə1, İddiaçı Nümayəndə1 nümayəndəsi və vəkil Nümayəndə2, İddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz çəkilmiş hasarın sökülməsi və istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən, onlara məxsus torpaq sahəsindən Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması,qanunsuz çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin onların istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli, 19 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsi, onun oğlu İddiaçı2 da Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 30 noyabr 2005-ci il tarixli, 19 saylı qərarı ilə Çuxuryurd kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi alıblar. Həmin torpaq sahəsinə o, A 352147 saylı torpaq sahəsinin plan və ölçü sənədi, oğlu X2 AA52146 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi alıblar. Hər iki torpaq sahəsi hüquqi cəhətdən onların sahibliyində və istifadələrindədir. Lakin cavabdeh İmişli səhəri sakini Cavabdeh 2 il əvvəl onun Çuxuryurd kəndində aldığı və qanuni istifadəsində olan 0,12 ha torpaq sahəsinin 584 m² hissəsini, onun oğlu X1 aldığı və qanuni istifadəsində olan 0.06 ha torpaq sahəsinin 370 kv m² ərazisini onların xəbəri olmadan özbaşına zəbt edərək hasara almışdır. Həmin zaman Şamaxı rayon torpaq şöbəsində işləyən Nağdalıyev Fərid cavabdehə bildirib ki, o, bu ərazini yaxşı tanıyır. Bu ərazi torpağın plan və ölçüsü olan şəxslərə, Nümayəndə1 və oğlu İddiaçı2 məxsusdur. Buna baxmayaraq cavabdeh özbaşınalıq edərək onun və oğlu Elşənin sahibliyində və istifadələrində olan torpaq sahələrinin yuxarıda qeyd etdiyi həcmdə hissəsini qanunsuz zəbt etmiş, onların rəsmi olaraq Bələdiyyədən aldığı və qanuni istifadələrində olan torpaq sahəsindən faktiki olaraq istifadə etmələrini məhdudlaşdırmış, onların hüquqlarını tapdalamışdır. Bundan sonra bir il əvvəl o, Nağdalıvev Fərid və Cavabdeh birlikdə mübahisəsi gedən torpaq sahəsində olublar. Həmin vaxtı qohumu İsgəndərov Vüqar və Əsgərov Durasan da orada olub, o, cavabdehə izah edib ki, bu torpaq sahələri ona və oğlu Elşənə məxsusdur, o isə onlara məxsus torpaq sahələrinin bir hissəsini qanunsuz zəbt edərək kənarını hasarlayıb. Həmin əraziyə aid onların torpağın planı və ölçüsü sənədləri də var. Cavabdeh ona bildirib ki, ona zəbt etdiyi torpaq sahəsinə görə 10 min manat pul versin, torpaq ona qalsın. O, razı olmayanda ona 18 000 manat pul vermək təklifini edib, lakin o, buna razı olmayıb, bildirib ki, torpaq sahəsi onlara məxsusdur, onlar aidiyyatı üzrə istifadə edəcəklər. Qanunsuz zəbt etdiyi torpaq sahəsinin kənarına çəkdiyi hasarı söküb zəbt etdiyi torpaq sahəsini onlara qaytarsın. Lakin cavabdeh bununla razılaşmayıb və bu günə kimi qanunsuz zəbt etdiyi torpaq sahəsini boşaltmayıb. Onun qanunsuz hərəkətləri barədə polis şöbəsinə də şikayət edib. 08 sentyabr 2024-cü il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilib. Mübahisəsi gedən torpaq sahəsi tərəflərindən rəsmi qaydada alındığından, torpağın planı və ölçüsü sənədləri olduğundan hesab edir ki, cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, qanunsuz çəkdiyi hasar sökülüb torpaq sahəsi onların faktiki istifadələrinə qaytarılmalıdır. Torpaq sahəsindən onlar istifadə etmək istəyirlər və cavabdehə hər hansı güzəştə getməyə razı deyillər. Cavabdehin ünvanlarına xəbərdarlıq məktubu göndəriblər, lakin indiyə kimi heç bir məlumat yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək və ona uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 nümayəndəsi və vəkil Nümayəndə2 iddianı müdafiə edərək və ona uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 352146 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İddiaçı2 Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 m² torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 352147 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Nümayəndə1 Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 1200 m² torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 Saylı Şamaxı Ərazi İdarəsinin 28 avqust 2024-cü il tarixli məktubunun surətindən görünür ki, naturada ölçülən hasar daxilində olan sözügedən torpaq sahəsi 0,53 hektardır. Həmin torpaq sahəsinin 584 kv.m hissəsi Nümayəndə1 məxsus **********0500 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha torpaq sahəsi ilə, 370 kv.m hissəsi isə İddiaçı2 məxsus **********0501 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü' sənədində göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 Saylı Şamaxı Ərazi İdarəsinin 02 sentyabr 2025-ci il tarixli, 3-21-3-41/2- 2967/2025 saylı mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Nümayəndə1 məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı2 Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahələrinə uyğundur, iddiaçılar tərəfindən naturada göstərilən və iddia olunan torpaq sahələrinin faktiki koordinatları ilə onlara məxsus olan plan-ölçü sənədlərində qeyd olunmuş koordinatlar eynilik təşil edir. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16 saylı qərarı ilə Cavabdeh satılmış 0.12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin və yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı Qərarı ilə Cavabdeh satılmış 0.12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin və yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 saylı Qərarı ilə Cavabdeh satılmış 0.12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin, yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub- olmamasını müəyyən etmək mümkün olmadı. Nümayəndə1 məxsus olan A № 352147 nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsi və İddiaçı2 Xanbaba oğluna məxsus olan A № 352146 nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsi Cavabdeh tərəfindən inşa edilmiş daş hasar daxilində yerləşir. Cavabdeh Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı Qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinin, xx.xx.2005-ci il tarixli 13 saylı qərarı satılmış 0.12 ha torpaq sahəsinin və xx.xx.2005-ci il tarixli 16 saylı Qərarı ilə satılmış 0.12 ha torpaq sahələrinin Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarışlar yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin, yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) cavabdehin sənədlər əsasında naturada yerini müəyyən etmək mümkün olmadığından sənəd üzrə Nümayəndə1 məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsi və İddiaçı2 Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı, lakin iddiaçılar Nümayəndə1 faktiki naturada göstərdiyi və iddia etdiyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsi və İddiaçı2 Xanbaba oğlunun faktiki naturada göstərdiyi və iddia etdiyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsi Cavabdeh tərəfindən hasara alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılara məxsus olan hər iki plan-ölçü sənədi 14 saylı Şamaxı Ərazi İdarəsində mövcud olan kadastr məlumat bazasında mövcuddur. Mövcud elektron baza məlumatlarında Cavabdeh adına mübahisə predmeti olan torpaq sahələrinə dair heç bir məlumat aşkar olunmadı. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı2 Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 m² torpaq sahəsi, Nümayəndə1 Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 1200 m² torpaq sahəsi ayrılmışdır. Hər iki torpaq sahəsi X4 kitabında xx.xx.2011-ci il tarixdə uçota alınmışdır. Daha sonra İddiaçı2 məxsus olan 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsi Nümayəndə1 məxsus olan 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsi Cavabdeh tərəfindən hasara alınmışdır. Buna görə də iddiaçıların öz torpaq sahələrindən istifadə etmələrinə maneələr yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 352146 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən və İddiaçı2 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsindən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 352147 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Nümayəndə1 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahələrinə çəkilmiş hasar sökülməli və həmin torpaq sahələri iddiaçıların istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 352146 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən və İddiaçı2 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 0.0388 ha hissəsindən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 352147 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Nümayəndə1 məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0591 ha hissəsindən Cavabdeh çıxarılsın, həmin torpaq sahələrinə çəkilmiş hasar sökülsün və həmin torpaq sahələri iddiaçıların istifadəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1015/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1015/2025
15.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver