Məhkəmə qərarları › İş №2(074)-1020/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1020/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1020/2021 16.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1310 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh1 ilə yaxın dosluq əlaqəsı vardır. Cavabdeh1 ona zəng edərək borc pul lazım olduğunu demişdir, oda ona pulları necə göndərəcəyini soruşduqda Ülvi ona dostu Cavabdeh2 “Kapitalbank”a məxsus plastik kartını “WhatsApp” vasitəsi ilə işlətdiyi mobil telefonuna Cavabdeh2 məxsus plastik kartının foto şəkilini göndərmişdir. Oda onun həmin pulu qaytaracağına inanıb “Million” və “E-manat” vasitələri ilə ayrı-ayrı vaxtlarda 01.12.2020-ci il tarixdə 200 manat, 70 manat və 10 manat, 17.12.2020-ci il tarixdə 300 manat, 20.12.2020-ci tarixdə 300 manat, 09.01.2021-ci il tarixdə 200 manat, 23.01.2021-ci il tarixdə 100 manat və 01.02.2021-ci il tarixdə isə 130 manat pulları Cavabdeh2 hesabına göndərmişdir. Üstündən bir müddət keçsə də o Cavabdeh1 pulunu tələb etsə də, o, hər dəfə bir bahanə gətirərək pulu veməkdən yayınmışdır. O, da məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 bank kartı bloka düşdüyündən o, pulları Cavabdeh2 kart hesabına göndərmişdir. Farizin kartı Ülvidə olub. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 01.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçıCavabdeh2 hesabına 200 manat göndərmişdir. İş materiallarında olan 01.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 70 manat göndərmişdir. İş materiallarında olan 01.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 10 manat göndərmişdir. İş materiallarında olan 17.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 300 manat göndərmişdir. İş materiallarında olan 20.12.2020-ci tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 300 manat göndərmişdir. İş materiallarında olan 09.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 200 manat göndərmişdir. İş materiallarında olan 23.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 100 manat göndərmişdir. İş materiallarında olan 01.02.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 130 manat göndərmişdir. İş materiallarında olan 23.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Cavabdeh2 hesabına 100 manat göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulavə ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyiöhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eynikeyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinəgötürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsiadlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif vaxtlarda 1310 manat məbləğində borc vermiş, lakin Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və borcu qaytarmamışlar. Cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcunun mövcudluğu qəbzlərdə öz təsdiqini bir daha tapmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi borc pul məbləğini tələb etməkdə haqlıdır. Lakin iddiaçının təqdim etdiyi qəbzlərdən görünür ki, iddiaçı tərəfindən pul Cavabdeh2 göndərilmişdir. Buna görə də pul ondan tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh2 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh21310 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1310 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar