Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1028/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçılar X6 və İddiaçı2 və Cavabdeh iştirakları ilə İddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı “məcburi mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X6 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların məcburi qaydada, icra nümayəndəliyinin təsərrüfat başına kitaba əsasən, şəxsi hesablarında olan Şamaxı rayonu Göylər kəndində yerləşən, 1992-ci ildə tikilmiş, 0.08 ha həyətyanı sahəsi olan, 4 otaqdan ibarət, ümumi sahəsi 110 kv metr olan yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29.07.1987-ci il tarixdə rəsmi nikahla ailə qurmuş və ailə münasibətləri pozulduğu üçün, Şamaxı rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, aralarında olan nikah pozulmuşdur. Cavabdeh, onu və oğlu Nemanı evdən qovmuşdur. Halbuki, 0.08 ha həyətyani torpaq sahəsində yerləşən, 110 kv metr olan həmin evi birgə yaşadıqları zaman, nikahlarından sonra, yəni 1992-ci ildə tiktirmişlər. Əmlakları həmin evdədir və faktiki olaraq cavabdeh onları evə buraxmadığından yararsız vəziyyətə düşmüşdür. Məcbur olub kirayədə qalırlar. Ona görə də, onlar evə məcburi qaydada köçürülmək istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, oğluna evde yaşamağa icazə verir, lakin keçmiş arvadı ilə eyni evdə yaşamaq istəmir. Evin çıxarışı yoxdur, lakin onu birgə nikah dövründə özü tikib. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli, 2(074)-1003/2019 saylı Şamaxı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında 29.07.1987-ci il tarixdə Şamaxı rayon Göylər kənd icra nümayəndəliyində bağlanmış, bu barədə 29.07.1987-ci il tarixdə tərtib olunmuş 29 nömrəli nikah qeydi pozulmuşdur. İş materiallarında olan XİX-ЖГ doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarında olan 03.08.2021-ci il tarixli 273 saylı Şamaxı rayon İcra Hakimiyyətinin Başçısının Göylər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, Şamaxı rayonun Göylər kənd sakini X1 icra nümayəndəliyində təsərrüfat başına kitaba əsasən onların şəxsi hesablarında birgə nigah zamanı 1992-ci ildə tikilmiş ümumi sahəsi 110 kv.metr olan 4 otaqdan ibarət yaşayış evinin və 0.08 ha həyətyanı torpaq sahəsinin olması qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 01.10.2021-ci il tarixli **********33 nömrəli məktubundan görünür ki, X3 adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, iddiaçı Cavabdeh ilə 29.07.1987-ci ildə rəsmi nikah münasibətinə daxil olmuş, birgə nikah zamanı 1992-ci ildə təsərrüfat başına kitaba əsasən, şəxsi hesablarında olan Şamaxı rayonu Göylər kəndində yerləşən, 0.08 ha həyətyani sahəsi olan, 4 otaqdan ibarət, ümumi sahəsi 110 kv metr olan yaşayış evi tikilmişdir. Daha sonra tərəflər boşanmış, cavabdeh iddiaçıları evdən çıxarmışdır. İddiaçılar hal hazırda kirədə yaşayırlar. Cavabdeh iddiaçının mübahisəli evə qayıdıb yaşamasına imkan vermir. Mübahisəli ev daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının mübahisəli evə köçüb yaşamağa başladığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı X6 29.08.1992-ci ildə gəlin köçdüyü vaxtdan 2019-cu il tarixədək və onun oğlu İddiaçı2 anadan olandan 2019-cu il tarixədək yaşadığı, Şamaxı rayonu, Göylər kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar X6 və İddiaçı2 məcburi qaydada Şamaxı rayonu Göylər kəndində yerləşən, 1992-ci ildə tikilmiş, 0.08 ha həyətyanı sahəsi olan, 4 otaqdan ibarət, ümumi sahəsi 110 kv metr olan fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1028/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1028/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver