Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1029/2024 06.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə münasibətdə alqı-satqı və dəyişmə müqavilələrinin bağlanmış hesab edilməsi və torpaq sahələrinə mülkiyyət hüququna dair çıxarışların verilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı1 arasında bağlanmış 18 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsini Cavabdeh1 adına tərtib edilmiş JN-036F, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,14 ha torpaq sahəsinə münasibətdə bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı1 adına mülkiyyət hüququna dair çıxarışın verilməsinə və Cavabdeh2 ilə İddiaçı2 arasında bağlanmış 12 avqust 2005-ci il tarixli dəyişmə müqaviləsini Cavabdeh2 adına tərtib edilmiş JN-035F, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,14 ha torpaq sahəsinə münasibətdə bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı2 adına mülkiyyət hüququna dair çıxarışın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQM-nin MAPS şöbəsinin arayışlarından görünür ki, Cavabdeh1 Bərdə rayonu, Hacallı kəndində, Cavabdeh2 isə ünvan 1 ünvanında qeydiyyatdadır. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 qeydiyyat ünvanı Bərdə rayonu ərazisində, digər Cavabdeh2 qeydiyyat ünvanı isə Bakı şəhəri ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Şamaxı rayon Məhkəməsində baxıla bilməz. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə münasibətdə alqı-satqı və dəyişmə müqavilələrinin bağlanmış hesab edilməsi və torpaq sahələrinə mülkiyyət hüququna dair çıxarışların verilməsi” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçılara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (çek nömrəsi 59483922, mədaxil qəbz nömrəsi **********) 100 manat rüsum İddiaçı1 qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə münasibətdə alqı-satqı və dəyişmə müqavilələrinin bağlanmış hesab edilməsi və torpaq sahələrinə mülkiyyət hüququna dair çıxarışların verilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmiş (çek nömrəsi 59483922, mədaxil qəbz nömrəsi **********) 100 manat rüsum İddiaçı1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1029/2024
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1029/2024
06.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver