Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1039/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 07.10.1998-ci il tarixədək Şamaxı rayonu Hacıqədirli kəndində qeydiyyatda olma faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 03.01.1965-ci il tarixdə Şamaxı rayonu Hacıqədirli kəndində anadan olmuş. Doğulduğu kənddə böyüyüb boya-başa çatmışdır. Həmin kənddə orta məktəbi bitirmiş, hərbi xidmətini başa vurduqdan sonra müxtəlif vaxtlarda Rusiya Federasiyasına gedib gəlmişdir. Buna baxmayaraq daimi yaşayış yeri Şamaxı rayonu Hacıqədirli kəndi olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığının müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci və 4.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün əsas qaydalardan biri onun 07.10.1998-ci il tarixədək, yəni Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasıdır. Mütamadi olaraq Rusiya Federasiyasına gedib-gəlsə də qeydiyyatdan çıxmamışdır. O, ağır dərəcəli şəkərli diabet xəstəsidir, səhhətində ciddi problemlər var. Azərbaycan Respublikasının vətəndaşlığını alıb ölkənin səhiyyə sisteminin xidmətlərindən yararlanmaq istəyir, həmçinin ölkədə keçirilən seçkilərdə səsvermə hüququ qazanmaq istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 izahat verib bildirdi ki, iddaçı keçən il Xidmətə müraciət edib. 1998-ci ilə qədər Azərbaycanda olmaması əsas götürülüb. Buna əsas isə DİN-ə verilmiş sorğu əsasında DİN-nin arxiv bazasında onun sənədlərinin mövcud olmaması olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, Ərizəçi onunla qonşusudur və Hacıqədirli kəndində yaşayır. Orta məktəbi. Peşə liseyini Şamaxıda oxuyub. Hərbi xidmət keçdikdən sonra Rusiyaya gedib. Lakin tez-tez Şamaxıya gəlib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, Ərizəçi uşaqlıqdan tanıyır. Hacıqədirli kəndində qonşudurlar. Şücaət hərbi xidmət keçdikdən sonra Rusiyaya getdi və qayıtdı. Sonra bir daha getmədi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ərizəçi ilə eyni kənddə yaşayırlar. Şücaətə orta məktəbdə dərs demişdir. Şücaət Rusiyaya gedib gəlirdi. Xəstələnəndən sonra getmədi. Məhkəmə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan AЗ ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 03.01.1965-ci il tarixdə Şamaxı rayonu, Hacıqədirli kəndində anadan olmuşdur. İş materiallarında olan 17.06.2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* saylı qərardan görünür ki, 03 yanvar 1965-ci il təvəllüdlü Ərizəçi-ün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İş materiallarında olan 07.07.2021-ci il tarixli 199 saylı Şamaxı rayon İHB-nın Bağırlı kənd İƏD üzrə nümayəndəliyinin 1980-1982-ci illərin Hacıqədirli kənd üzrə qaytanlanmış Təsərrüfatbaşına kitabından arxiv çıxarışından görünür ki, Şamaxı RİH-nin Bağırlı kəndi İƏD-i nümayəndəliyinin 1980-1982-ci illərin Hacıqədirli kəndi üzrə Qaytanlanmış təsərrüfatbaşına kitablarında Hacıqədirli kənd sakini şəxsi hesab №-si 405 olan X1 təsərrüfatında ailə tərkibi aşağıdakı qaydada qeyd edilmişdir: X4-01.07.1928-ci il ailə başçısı, X17-01.07.1938-ci il arvadı, X14 08.08.1948-ci il bacısı, X8-13.07.1961-ci il, X9- 15.02.1963-ci il, Ərizəçi-03.01.1965-ci il, X12-01.11.1966-cı il, X15 01.08.1971-ci il, X10- 25.05.1974-ci il və X13-05.01.1976-cı il. İş materiallarında olan 30.08.2021-ci il tarixli 58 saylı Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Hacıqədirli kənd İƏD-si üzrə nümayəndəliyinin arayışdan görünür ki, 03.01.1965-ci ildə Şamaxı rayon Hacıqədirli kəndində anadan olmuş Ərizəçi ondan ötrü ki o, həqiqətən, 2003-cü ilə kimi fasilələrlə,2003-cü ildən hal-hazıra kimi Şamaxı rayon Hacıqədirli kəndində daimi yaşayır. Ağayev X5 rayon İHB-nın Hacıqədirli kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabında qeydiyyatdadır. İş materiallarında olan Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən görünür ki, 03.01.1965-ci il tarixdə Şamaxı rayonu, Hacıqədirli kəndində anadan olmuş Ağayev X6 Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi 07.10.1998-ci il tarixədək Şamaxı rayonu Hacıqədirli kəndində qeydiyyatda olma faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 07.10.1998-ci il tarixədək Şamaxı rayonu Hacıqədirli kəndində qeydiyyatda olma faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1039/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1039/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver