Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1047/2021 23.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 861,24 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********01345 olan Cavabdeh elektrik enerjisindən stifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 861,24 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 861,24 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Həmçinin elektrik enerjisinin alqısatqısı ilə bağlı hüquqi münasibətlər tərəflər arasında bağlanılmış Enerjitəchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə ilə tənzimlənir və cavabdeh tərəf həmin müqavilə üzrə üzərinə götürüdüyü öhdəlikləri pozur. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etməyərək işə baxılmasını və iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, "xxxx" ASC tərəfindən ona qanunsuz hesablanmış borc məbləğinin silinməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Hazırda isə "xxxx" ASC həmin borcun ondan tutulmasına dair məhkəməyə müraciət edib. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısına dair 05.01.2021-ci il tarixli № 121634 saylı müqavilənin surətindən görünür ki, X4 ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqısatqısı və istehlakı ilə əlaqədar 1 kVts aktiv elektrik enerjisinin qiyməti 0,07 manat olmaqla razılıq əldə edilmişdir. Abonent kodu **********01345-dir. İş materiallarında olan 22.01.2021-ci il tarixli № 13-0246 saylı pretenziya məktubunun surətindən görünür ki, abunə kodu **********01345 olan abonent X2 elektrik enerjisindən istifadəyə görə 12.01.2021-ci il tarixinə "xxxx" ASC-yə 861,24 manat borcunun mövcud olması və həmin borcun yeddi gün müddətində ödənilməsinin təmin olunması, əks halda bu barədə məhkəməyə müraciət olunacağı X3 bildirilmişdir. İş materiallarında olan 30.03.2021-ci il tarixli 2(074)-268/2021 saylı Şamaxı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib olunmuş 13 oktyabr 2020-ci il tarixli NDM № 020433 saylı Akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 769,80 manat ziyan məbləği Cavabdeh abunə hesabından silinmişdir. İş materiallarında olan 10.06.2021-ci il tarixli Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(074)-268/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borclulara tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin hazırda cavabdehdən ödənilməsini tələb etdiyi 861,24 manat borcun 769,80 manat məbləği Şamaxı rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(074)-268/2021 saylı qətnaməsi ilə cavabdehin abunə hesabından silindiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 91,44 manat borc məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 91,44 manat borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh X1 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 91,44 manat borc tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1047/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1047/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver