Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1078/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia qaldraraq, cavabdehdən 3150 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahat verib bildirdi ki, cavabdehi 15 il olar ki, tanıyır. Çuxuryurd kəndində maqazində işləyirdi. Onun işlədiyi mağazadan alver edirdi. Münasibətləri çox yaxşı idi. Bir gün ona dedi ki, anası vəfat edib, yetim oğlandır, ona dayılıq etsin,köməklik göstərsin. Cavabdehdən soruşmuşdur ki, nə məsələdir? Demişdir ki, bir az mal götürmüşdür, onun pulunu istəyirlər, onu ödəməlidir. Pulunu yeni il qabağı son qəpiyinə kimi qaytaracaq. Ona inanıb iki dəfə 500 manat-500 manat, sonuncu dəfə isə 2150 manat ona borc pul vermişdir və həmin vaxtı ona ümumi borc məbləğini 3150 manat olmaqla ilin axırına kimi ona ödəyəcəyi barədə yazılı qəbz vermişdir. Dekabr ayının 27-də o, yoldaşı ilə birlikdə avtoqəzaya düşmüşdür. Rəşad xəstəxanaya gəlmişdir, xəstəxanada ona demişdir ki, yoldaşı pis vəziyyətdədir, ona pul lazımdır. Dedi ki, iki gün sonra gəlib pulunu apar. İki gün sonra getmiş, Rəşadı orada tapmamışdır. Maqazini bir nəfərə verib oradan çıxıb getmişdi. Həmin vaxtdan indiyə kimi gedib gəlir, Rəşadla danışır, o da deyir ki, borcum var, amma pulum yoxdu, olan kimi verəcəyəm. Amma bu get gəllər nə qədər olar. Könüllü olaraq Rəşad borcunu qaytarmaq istəmir. Odur ki,məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Məhkəmədən Cavabdeh 3150 manat borc pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddanı qəbul edərək izahat verib göstərdi ki, ayrı-ayrı vaxtlarda iddiaçıdan 3150 manat borc almışdır. Xəstə olduğundan onun pulunu qaytarmamışdır. Məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 17 noyabr 2016-cı il tarixdə Cavabdeh tərəfindən yazılmış əlyazmada göstərilir ki, “Mən Cavabdeh Şamaxı rayon Məlhəm kənd sakini İddiaçı müəllimdən 3150 manat borc pul götürdüm, dekabr ayının axırına qaytarmaq şərti ilə” İşin araşdırılmış hallarından müəyyən olundu ki, Cavabdeh ayrı-ayrı vaxtlarda İddiaçı Dosməmməd oğlundan 3150 manat borc pul almış və bu barədə yazılı qəbz vermişdir. Cavabdeh iddiaçıya olan borcunu etiraf edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3150 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3150 manat məbləğində borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınıb İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1078/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1078/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver