Məhkəmə qərarları › İş №2(074)-1080/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1080/2021

09.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1080/2021 09.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, İddiaçı Cavabdeh qarşı tikinti normalarına uyğun olmayan tikililərin sökülməsi və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmas tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı tikinti normalarına uyğun olmayan tikililərin sökülməsi və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmas tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş rüsumun ödənilməsi barədə qəbzdə həmin rüsumun köçürüldüyü göstərilmədiyindən rüsumun təyinatını aydınlaşdırmaq mümkün deyil. Azərbaycan Respublikasının MPM-nin 149.2.5-ci maddəsinə əsasən həmin Məcəllinin 150.0.5-ci maddəsində qeyd edilir ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin 149-150-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152-ci, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı tikinti normalarına uyğun olmayan tikililərin sökülməsi və mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulmas tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar