Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1091/2021 11.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon Dövlət Notariat Kontruna qarşı “qohumluq faktının müəyyən olunmasına dair” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı tərəf Şamaxı rayon Dövlət Notariat Kontoruna qarşı “qohumluq faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 1976-cı ildə anadan olmuş X13 ilə onun doğma əmioğlu olması faktının faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahat verib göstərdi ki, yaşadığı ev əmisi oğlu X4 adınadır. Hazırda həmin evi ona bağışlamaq istəyir. Amma əmioğlu olmalarını təsdiq edən atasının doğum şəhadətnaməsi yoxdur. Qeydiyyat şöbəsinə müraciət etmiş, rəsmi olaraq bildirilmişdir, atasının doğumu barədə arxivdə heç bir məlumat yoxdur. Belə olan halda notarat kontorunda ona bildirilmişdir ki, qohumluq faktının müəyyən olunması barədə məhkəmə qərarının olması vacibdir. X1 14 iyun 1995-ci il tarixdə, əmisi X5 isə 17.07.2017-ci il tarixdə vəfat etmişdir. Ona görə də hazırda atasının doğum qeydinin bərpası mümkün deyil. Kamil, Abdulağa əmisi oğludur. Ataları doğma qardaşlar olmuşlar, ataları X10, anaları X15 olmuşdur. Bütün yaxınlar qohumlar da təsdiq edə bilərlər ki, onlar doğma əmioğludurlar. Məhkəmədən 01 iyun 1976-cı il tarixdə anadan olmuş X16 ilə onun doğma əmioğlu olmaları faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf Şamaxı rayon Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17, X24 və X12 ifadə verib bildirdilər ki, həqiqətən də, Ərizəçi,01 iyun 1976-cı ildə anadan olmuş X13 ilə doğma əmioğludurlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materialların öyrənərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1980-cı ildə Şamaxı rayonu Poladlı kəndində anadan olmuş, Şamaxı şəhəri N.Rəfibəyli küçəsi 2 saylı evdə yaşayır. İş materiallarında olan X36 filailının 27 may 2021-ci il tarixli 166 saylı Şamaxı şəhər Regionl ASAN xidmət mərkəzinə ünvanlanmış məktubda göstərilir ki, “Ərizəçi sorğusu ilə əlaqədar bildirik ki, ərizə anketinizdə doğum aktının qeydiyyata alındığı yer böməsində Şamaxı rayonunun Padar adında kəndi olmadığı üçün sorğunuzu cavablandıra bilmirik” İş materiallarında olan X36 filailının 27 may 2021-ci il tarixli 166 saylı Şamaxı şəhər Regionl ASAN xidmət mərkəzinə ünvanlanmış məktubda göstərilir ki, Ərizəçi sorğusu ilə əlaqədar bildirilir ki, Şamaxı rayon VVAQ şöbəsinin 1931-1944-cü illərə aid doğum akt qeydiyyatı kitablarına baxış keçirilmiş, X1 haqqında məlumatlar aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə 05/q-569-69 saylı arayışda göstərilir ki, X6 doğumu haqqında akt qeydi 1946-1960cı illər bərpa akt qeydləri üzrə Şamaxı rayon qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İş materillarında olan AZ № 552413 saylı saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 oktyabr 1948-ci ildə Şamaxı rayonu Xınıslı kəndində doğulmuşdur, atası X10, anası X11r. İş materiallarında olan İ-ЖГ № 275780 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X32 20 noyabr 1974-cü ildə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. İş materiallarında olan Vİİ- ЖГ № 350349 saylı doğum haqqında şəahdətnamənin surətindən görünür ki, Ərizəçi Əlbala oğlu xx xxxxxxxx 1980-cı ildə doğulmuşdur, X1, anası X18r. İş materiallarnda olan İV- ЖГ № 427063 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 14 iyun 1995-ci ildə Şamaxı şəhərində ölmüşdür. İş materiallarında olan Az-İ № 874964 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 iyul 2017-ci ildə Şamaxı şəhərində ölmüşdür. İş materiallarında olan İV-ЖГ №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 01 iyun 1976-cı ildə Şamaxı şəhərində doğulmuş, atası X2, anası X3r. İşin araşdırılmış hallarından müəyyən edildi ki, xx xxxxxxxx 1980-cı ildə Şamaxı rayonu Poladlı kəndində anadan olmuş Ərizəçi ilə 01 iyun 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş X13 doğma əmioğludurlar. Bu hal şahid ifadələri və işə əlavə olunmuş sənədlərlə bir daha təsdiq olunur. Belə olan halda Ərizəçi ilə 01 iyun 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş X8 doğma əmioğlu olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə işə baxa bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə 01 iyun 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş X9 doğma əmioğlu olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi ilə 01 iyun 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş X9 doğma əmioğlu olması faktı müəyyən edilsin. Qətnamədən alındığı gündən 1 ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1091/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1091/2021
11.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver