Məhkəmə qərarları › İş №2(074)-1096/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1096/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1096/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Zaid oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Babaşöva Tünzalə Nağış qızına qarşı evdən istifadə hüquqlarına xitam veriməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərzəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Babaşöva Tünzalə Nağış qızına qarşı evdən istifadə hüquqlarına xitam veriməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Babaşova Zənfıra Firudun qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Babaşöva Tünzalə Nağış qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi və bu evin pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Babaşova Zənfıra Firudun qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların bu evin pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək izahat verib göstədi ki, o, 01 oktyabr 2019-cu il də ünvan 2 ünvanında yerləşən X6 xüsusi mülkiyyətində olan evi alqısatqı yolu ilə almışdır. Ev hal-hazırda onun mülkiyyətində, faktiki olaraq sahibliyində və istifadəsindədir. Bu yaxınlarda evdə kimlərin pasport qeydiyyatında olmaları ilə maraqlandıqda məlum oldu ki, evin pasport qeydiyyatında 7 nəfər şəxs var ki, bunlar da onun ailə üzvlərim deyil, əvvəlki ev sahibinin yaxınları və ailə üzvləridir. Əvvəllər bu evdə yaşamışlarsa da o, evi alanda orada bu şəxsləri görməmiş və indi də yoxdurlar. Yəqun ki çoxdan evdən çıxıb özlərinə yaşayış yeri tapmışlar və bu mənzilə olan istifadə hüquqlarını itirmişlər. Lakin, onların bu gün onun evinin qeydiyyatında qalmaları bir mülkiyyətçi kimi onun ev üzərində olan hüquqlarını məhdudlaşdırır. Belə hesab edir ki, məhkəmə bu şəxslərin onun evindən istifadə hüquqlarına xitam verməli və bu şəxslər evinin qeydiyyatından çıxarılmalıdırlar. Hazırda Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 könüllü olaraq evin qeydiyyatından çıxmışlar. Məhkəmədən cavabdehlər Babaşova Zənfıra Firudun qızı, Cavabdeh4, Cavabdeh6 və Babaşöva Tünzalə Nağış qızının xüsusi mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi və bu evin pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materillarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X2 xüsusi mülkiyyətində ünvan 3 ünvanda fərdi yaşayış evi vardır. Bu barədə ********** qeydiyyat nömrəsi ilə 21 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin 28 avqust 2021-ci il tarixli 188012851-M-3221 saylı məktubla X3 ünvanlanmış məktubdan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması 04 aprel 1990-cı il tarixli yaşyış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndində yaşayış sahəsinə istifadə hüququna xitam verdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında aparıldığı göstərilmişdir. Cavabdeh3, Cavabdeh1, Babaşova Zənfirə Firudin qızı və Cavabdeh4 olunun ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx xxxxxxxx 1985-ci il təvəllüdlü Cavabdeh1, xx xxxxxx 1967-ci il təvəllüdlü Cavabdeh2 Firudin qızı, xx xxxx 1980-cı ildə Cavabdeh3, xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh4, xx xxxx 1986-cı il təvəllüdlü Cavabdeh5, xx xxxxxxx 1961-ci il təvəllüdlü Cavabdeh6, xx xxxx 1990-cı il təvəllüdlü Cavabdeh7 ünvan 4 evdə qeydiyyatdadır. İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 107 m2, yaşayış sahəsi 41,4 m2, yardımçı sahəsi 65,6 m2 olan 2 otaqlı fərdi yaşayış evini X4 20000 manata satmışdır. Beləliklə də, işin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçı qeyd olunan yaşayış sahəsini keçmiş mülkiyyətçidən qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsinə əsasən almış və yaşayış sahəsi çıxarış əsasında iddiaçının adına qeydə alınmışdır. Buna baxmayaraq, cavabdehlər həmin yaşayış sahəsində qeydiyyatda qalmışlar. Məhkəmə hesab edir ki, yaşayış sahəsi üzərində mülkiyyət hüququ alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən iddiaçıya keçdiyindən cavabdehlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə müvafiq olaraq yaşayış sahəsinə mülkiyyət hüququnun tərkib elementi olan istifadə hüquqlarını itirmişlər. Ona görə də cavabdehlərin yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evindən cavabdehlər Babaşova Zənfıra Firudun qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamənin qanuni qüvvəyə minməsi cavabdehlər Babaşova Zənfıra Firudun qızı, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada alındığı gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar