Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1126/2021 25.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunmasına dair” ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 oktyabr 2016-cı ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş qızı X4 29 yanvar 2017-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək 22 oktyabr 2016-cı ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş qızı X5 29 yanvar 2017-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib göstərdi ki, Ərizəçi 18 mart 2011-ci ildə X6 ilə rəsmi qaydada nikaha daxil olmuş və Şamaxı rayonu Quşçu kəndində yaşamışdır. Birgə nikahdan onların 22 oktyabr 2016-cı ildə X8 adlı bir övladları dünyaya gəlmişdir. O və ailə üzvləri qızı Əsmər də daxil olmaqla Quşçu kəndində yaşamışlar. X8 doğulduqdan 3 ay sonra 29 oktyabr 2017-ci il tarixdə vəfat etmiş və qohumları ilə birlikdə onu Şamaxı rayon Quşçu kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda onun qəbri Şamaxı rayon Quşçu kənd qəbiristanlığındadır. Qızı Əsmərin ölüm faktını şahidləri və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayış təsdiq edə bilər. Buna görə də qızı Əsmərin ölüm faktının müəyyən edilməsi lazımdır. Ərizəsinn təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Şamaxı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X2 ifadə verib bildirdilər ki, ərizəçini tanıyır həqiqətən onun 22 oktyabr 2016-cı ildə X8 adlı qızları doğulmuş və 29 yanvar 2017-ci ildə vəfat etmişdir. Onu Quşçu kənd qəbirstanlığında dəfn etmişlər. İş materiallarında oln 07 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, X2, X1 və X6 həmin tarixdə akt tərtib edərək, X5 29 yanvar 2017-ci ildə Şamaxı rayonu Quşçu kəndində vəfat etməsini və onun kənd qəbistanlığında dəfn olunmasını təsdiq etmişlər. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 21 avqust 2021-ci il tarixli 05/Q- 834/15 saylı Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, 29 yanvar 2017-ci ildə Şamaxı rayonu Quşçu kəndində ölmüş qızınız X5 ölümünün qeydə alınmasına dair müraciətinə baxılıb.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydas”nın tələblərinə əsasən ölümün qeydə alınması üçün ölüm faktını, vaxtını və yerini təsdiq edən tibbi müəssisədən sənəd təqdim edilməli və bu sənəd olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi 22 oktyabr 2016-cı ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş qızı X5 29 yanvar 2017-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, Ərizəçi 22 oktyabr 2016-cı ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş qızı X5 29 yanvar 2017-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 22 oktyabr 2016-cı ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş qızı X5 29 yanvar 2017-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən 1 ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1126/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1126/2021
25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver