Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1128/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı sahiblik, istifadə və sərəncam faktının müəyyən olunmasına dair ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə maraqlı tərəf DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı sahiblik, istifadə və sərəncam faktının müəyyən olunmasına dair barədə ərizə ilə müraciət edərək Şamaxı rayonu Məlhəm kəndində yerləşən və X3 və X1 məxsus JN-0597 kod 41017028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhdətnamə və JN-0596, kod 41017028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə əsasən ona məxsus olan əmlaklardan ibarət fərdi yaşayış evinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında Ərizəçi göstərdi ki, ərizəsinə baxılmasını istəmir. Bu barədə məhkəməyə ərizə təqdim etdi və ərizəsinin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı tərəf DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizəyə dair münasibətini bildirməmişdir. Məhkəmə ərizəçini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi ərizənin qaytarılması barədə ərizə verdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı sahiblik, istifadə və sərəncam faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1128/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1128/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver