Məhkəmə qərarları › İş №2(074)-1145/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1145/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1145/2021 01.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı X9, cavabdeh X7 iştirakı ilə, iddiaçı X3 cavadehlər X11 və X12 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 məhkəmədə cavbdehlər X11 və X12 qarşı evə köçürməyə dair iddia qaldıraraq, Şamaxı rayonu İİ Cabanı kəndində yerləşən mülkiyyətində olan evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 iddianı müdafiə edərək izahat verib göstərdi ki, onun Şamaxıı rayonu İİ Cabanı kəndində mülkiyyətidə evi var. Uç uşağı öz ailələri ilə birlikdə həmin evdə yaşayırlar. Həyat yoldaşı bir neçə ildir ki, vəfat edib. Bir qadınla qeyri rəsmi olaraq ailə həyatı qurmuşdur. Bir ilə yaxındır ki, onunla yaşayır. Bir neçə aydan sonra evdə yaşayan uşaqları ilə onun münasibətləri pozulmuşdur. Aralarında tez-tez söz-söhbət olurdu. Münasibətləri o dərəcədə korlandı ki, cavabdehlər onları evdən çıxarmışlar. İndi yaşamağa yerləri yoxdur, kirayə evdə bahadır. O həm xəstə həm də pensiyaçıdır. Kirayə pulu verməyə imkanı yoxdur. Evinə köçmək istəyir. Oğlu Famil və arvadı Şəfəq onu öz evinə buraxmırlar. Şəfəq deyir ki, “siz evə gəlsəniz özümü öldürəcəm, sizi tutduracam” Ona öz mülkiyyətindən sərbəst şəkildə istifadə etməyə imkan vermirlər. İstəyir məhkəmə onun öz mülkiyyətində olan evinə köçürülməsi barədə qərar qəbul etsin. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddanı qəbul edərək izahat verib göstərdi ki, anası rəhmətə gedəndən sonra atası Səfəralı bir qadınla qeyr-rəsmi ailə qurmuşdur. Həmin qadınla yola getmir, tez-tez mübahisə edib onları da narahat edirlər. Atasının evinə qayıdıb yaşamasına etirazı yoxdur. Lakin evləndiyi qadını bu evə gətirməsinə etiraz edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh X15 məhkəmə iclasında iştirak etməmiş, ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh X15 ərizəsində göstərmişdir ki, qayınatası X4 8 ildir ki, gəlini olaraq o, baxmışdır. Psixi xəstə olduğuna görə bütün söyüş və təhqirlərini qəbul etmişdir. Buna dözməyini səbəbi həyat yoldaşı X10r. 8 aydan artıq olar ki, başqa bir şəxslə kəbinli olan, nigahı ləğv olunmayan Yadigar adlı xanımı evə gətirib qeyri-rəsmi yaşayırlar. Həmin qadın gələn gündən gecə-gündüz münaqişələr baş verir, azyaşlı uşaqların həm psixologiyasına həm də tərbiyəsinə olduqca təsir göstərir. Ona dəfələrlə yaxınlaşıb desə də ki, uşaqlar gecələr onların səsindən dava dalaşdan qorxub ağlaşırlar buna məhəl qoyurmurlar, onu təhqir edir və döyürlər. Azyaşlı qızlarına alçaldıcı nalayiq söyüşlər edirlər. Onu və uşaqlarını döydükləri üçün iki dəfə Şamaxı rayon polis şöbəsində dindirmə olub, araşdırmada münaqişəli ailə kimi izahat alınıb ki, bir daha belə hallara yol verməyəcək əksinə gələndən sonra yenə də gecələr mübahisələr, dava-dalaşlar başlamışdır. Odur ki, həmin qadının onlarla yaşamasına heç bir şərait yoxdur, olduqca qorxuludur hər an ona və uşaqlarıma küt alətlərlə ağır xəsarət yetirə bilər. Həmin qadının yaşadığı evdən çıxarılmasını xahiş edir. İddiaçı Səfəralı Zülfüqarovun evə köçüb yaşamasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı çıxarışdan görünür ki, X2 Şamaxı rayonu Cabanı kəndində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 31,1 kv.metr yaşayış, 8,3 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyat alınmışdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, mübahisələndirilən Şamaxı rayonu 2-ci Cabanı kədnində yerləşən fərdi yaşayış evi iddiaçı X6 məxsusdur. İddiaçını evləndiyi Yadigar adlı xanımla cavabdehlər arasında baş vermiş mübahisələrə görə cavabdehlər iddiaçını evdən çıxarmışlar. İddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklədə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçı X1 rayonu 2-ci Cabanı kəndində yeləşən mülkiyyətində olan yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 rayonu, 2-ci Cabanı kəndində yerləşən mülkiyyətində olan yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar