Məhkəmə qərarları › İş №2(074)-1147/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1147/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1147/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə X10 regional ASAN xidmət mərkəzinə və Şamaxı regional ASAN xidmət mərkəzində fəaliyyət göstərən əmək pensiyalarının təyin edilməsi xidmətinə qarşı əyani təhsil alması faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə X10 regional ASAN xidmət mərkəzinə və Şamaxı regional ASAN xidmət mərkəzində fəaliyyət göstərən əmək pensiyalarının təyin edilməsi xidmətinə qarşı əyani təhsil alması faktının müəyyən olunmasına dair ərizə ilə müraciət edərək onun 24 avqust 1978-ci ildən 29 iyun 1981-ci ilə kimi Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktəbdə əyani təhsil alması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X8 ərizəni müdafiə edərək izahat verib göstərdi ki, yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 Regional “Asan xidmət” təqdim etmişdir. Ona bildirilmişdir ki, 23 il 9 ay sığorta stajı var. 1978-1981-ci illərdə orta ixtisas təhsili almağına dair diplomumda isə əyani təhsil alması göstərilmədiyindən həmin üç ili onun sığorta stajına hesablamaq istəmirlər. Bunu əldə etmək üçün arxivə, Təhsil nazirliyinə müraciət etmiş, lakin məktəblə bağlı arxiv sənədləri aşkar olunmamışdır. Ona bildirilmişdir ki,əyani təhsil alması məhkəmə qaydasında müəyyənləşdirməlidir. O, xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur,1978-ci ildə 10-cu sinfi bitirib Şamaxı şəhərində yerləşən M.Ə.Sabir adına pedoqoji məktəbə daxil olmuş və 1981-ci ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə yalnız əyani şöbə var idi. Qiyabi, axşam şöbəsi olmamışdır. Ona dərs deyən müəllimlərdən sağ olanlar var, tələbə yoldaşları var, onlar da təsdiq edə bilərlər ki, o əyani təhsil almışdır. Məhkəmədən onun 24 avqust 1978-ci ildən 29 iyun 1981-ci ilə kimi Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktəbdə əyani təhsil alması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Prezidenti yanında vətndaşlara xidmət və sosial innovasiyalar üzrə X10 regional ASAN xidmət mərkəzinin və Şamaxı regional ASAN xidmət mərkəzində fəaliyyət göstərən əmək pensiyalarının təyin edilməsi xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16, X3 ifdə verib Ərizəçi qzıının onlarla tələb yoldaşı olmasını və həqiqətən 1978-1981-ci ildə onlarla Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktədə əyani təhsil almasını təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X4 ifadə verib bildirdilər ki, ərizəçini tanıyırlar. Həqiqətən 1978-1981-ci tədris illərində onun müəllimi olublar. Ərizəçi həmin illərdə Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktədə əyani təhsil almışdır. Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktədə təhsil ancaq əyani olmuş, qiyabi və axşam təhsili olmamışdır. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə anadan olmuş, Şamaxı şəhəri N.Nərimanov küçəsi ev 78, mənzil 3-də yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X19 fililalının 22 iyul 2021-ci il tarixli Ərizəçi verilmiş Şamaxı rayon M.Ə.Sabir adına Pedoqoji məktəbin 1975-1979-cu illərin əmr kitabının arxiv çıxarışından görünür ki, X5 24 avqust 1978-ci il tarixli 336 saylı əmrlə Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktəbin 2-ci kursunun tələbə heyətinə daxil edilmişdir. M.Ə.Sabir adına Pedoqoji məktəbin sənədləri X19 filialına tam təhvil verilmədiyi üçün məktəbi bitirməsi barədə sorğu cavablandırılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 avqust 2021ci il tarixli S-9715/01/11-24 saylı arayışından görünür ki, M.Ə.Sabir adına Şamaxı Pedoqoji Məktəbi tərəfindən Ərizəçi adına yazılmış BT seriyalı 052044 nömrəli diplom blankı dövlət nümunəlidir. Təhsil Nazirliyinin arxivində Ərizəçi hansı təhsilalma formasında təhsil alması barədə məlumat saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalının 01 sentyabr 2021-ci il tarixli **********3 saylı məktubu ilə X6 ünvanlanmış məktubda göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 regional “ASAN xidmət" mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, sizə Fondun Şamaxı rayon şöbəsi tərəfindən 20 iyun 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixii 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin ediiməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaiarı”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına (1 iyul 2021 -ci il tarixinədək qadınlar üçün 62 yaş) çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə pensiya hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız 25 ildən az (23 il 9 ay 8 gün) olduğu və fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün sizə “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci, 20.11.1-ci və 20.T1.2-ci maddələrinə əsasən dövlət qulluqçusu kimi qulluq stajına görə əlavələr tətbiq edilməklə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan 19 oktyabr 2021-ci il tarixli 322 saylı X19 filialının məktubundan görünür ki, Ərizəçi M.Ə.Sabir adına pedoqoji məktəbin 1980-1982-ci illərin əmr kitabları X19 filialına təhvil verilmədiyi üçün məktəbi bitirməsi aşkar olunmamışdır. İş materiallarında olan Ərizəçi məxsus BT № 052044 saylı diplomun surətindən görünür ki, o,1978-ci ildə M.Ə.Sabir adına Pedoqoji məktəbinə daxil olmuş 1981-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan iş üzrə şahid X11 məxsus BT 052056 saylı diplomun surətindən görünür ki, o, 1978-ci ildə M.Ə.Sabir adına Pedoqoji məktəbinə daxil olmuş 1981-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan iş üzrə şahid X12 qızına məxsus BT 052053 saylı diplomun surətindən görünür ki, o, 1978-ci ildə M.Ə.Sabir adına Pedoqoji məktəbinə daxil olmuş 1981-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan şahid X2 məxsus 07 iyul 1967-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, 10 noyabr 1973-cü ildən 01 fevral 1997-ci ilədək M.Ə.Sabir adına Şamaxı rayon Pedoqoji məktəbdə müəllim və bədən tərbiyə rəhbəri işləmişdir. İş materiallarında olan şahid X7 məxsus 15 iyul 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, 03.01.1976-cı ildən 21.02.1979-cu ilədək M.Ə.Sabir adına Şamaxı rayon Pedoqoji məktəbdə müəllim işləmişdir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur, 1978-ci ildə 10-cu sinfi bitirib Şamaxı şəhərində yerləşən M.Ə.Sabir adına pedoqoji məktəbə daxil olmuş və 1981-ci ildə həmin məktəbi bitirmişdir. Ona BT № 052044 saylı diplom verilərək, 1978-ci ildə M.Ə.Sabir adına Pedoqoji məktəbinə daxil olması və 1981-ci ildə ibtidai sinif müəllimi ixtisası üzrə tam kursunu bitirməsi təsdiq olunsa da, lakin hansı formada əyani və ya qiyabi təhsil alması diplomda göstərilməsə də, ərizəçinin 24 avqust 1978-ci ildən 29 iyun 1981-ci ilə kimi Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktəbdə əyani təhsil alması faktı şahid ifadələri və iş materialları ilə tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən hesab edir ki, Ərizəçi 24 avqust 1978-ci ildən 29 iyun 1981-ci ilə kimi Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktəbdə əyani təhsil alması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ərizəçi 24 avqust 1978-ci ildən 29 iyun 1981-ci ilə kimi Şamaxı rayon M.Ə.Sabir adına pedoqoji məktəbdə əyani təhsil alması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar