Məhkəmə qərarları › İş №2(074)-1149/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1149/2021

26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1149/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə “doğum faktını müəyyən edilməsinə dair” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 məhkəməyə maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Şöbəsinə “doğum faktının müəyyən edilməsinə dair” ərizə ilə müraciət edərək, 09 avqust 2015-ci il tarixdə tibb müəssiəsəindən kənarda Ağsu rayonu Ağalarbəyli kəndində bir qız uşağının doğulmasdı faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək izahat verib göstərdi ki, o, 2014-cü ilin oktyabrın 16-da qeyri rəsmi nikahla X5 ərə getmişdir. 16 yaşı yenicə tamam olduğundan nikahlarını həmin vaxt rəsmiləşdirə bilməmişlər. Elvinin ailəsi çobançılıqla məşğul olurdu. Həmin vaxtlar onlar Ağsu rayonu Ağalarbəyli kəndi ərazisində fermada çoban işləyirdi. 09 avqust 2015-ci il tarixdə fermada olmuşlar. Həmin gün qohumları Xalidə və Zöhrə də onlarda omuşdur. Qəflətən ağrıları başlamış, kənd rayon mərkəzindən xeyli uzaqda olduğundan kənddə mamalıq edən Süsən adlı qadını çağırmışlar. Doğuşa o kömək etmişdir. Bir qızı dünyaya gəlmişdir. Lakin həm nikahları olmadığından, həm də tibb müəssisəsinin müvafiq tibbi şəhadətnaməsi olmadığından uşağın adını yazdırmaq mümkün olmamışdır. Hazırda uşağın 6 yaşı var, məktəbə getməlidir. Ona doğum şəhadətnaməsi yazılmalıdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, bildirmişlər ki, uşağın doğumunun qeyd olunması üçün mütləq məhkəməyə müracilət olunmalıdır. Məhkəmədən 09 avqust 2015-ci il tarixdə tibb müəssisəsindən kənarda Ağsu rayonu Ağalarbəyli kəndində bir qız uşağının doğulması faktının müəyyən olunması barədə qətnamə çıxaırlmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı tərəf Şamaxı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadə verib göstərdi ki, ərizəçini tanıyır. Tibb təhsillidir, 2015-ci ilin avqust ayında Ərizəçi sancıları başlamışdır, onu xəstəxanaya apara bilmədikləri üçün evdə 1 qız uşağı doğuldu. Doğuş zamanı Xoşqədəmə o kömək etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər X8 və X7 ifadə verib, 2015-ci ilin avqust ayının 9-da Ərizəçi Ağsu rayonu Ağlarbəyli kəndində bir qız uşağı doğmasını, atasının X10, anasının Ərizəçi olmasını, uşağın sağ olmasını təqsiq etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 14 avqust 1998-ci ildə doğulmuşdur, Şamaxı rayonu Dağ Bağırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Göylər kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin 27 avqust 2021-ciil tarixli 298 saylı arayışından görünür ki, Beydullayeva Xoşqədəm Müşfiq qızı ilə X10 ailəlidir və 09 avqust 2015-ci il tarixdə onun bir qız uşağı doğulmuşdur, uşaq evdə doğulub və hazırda sağ salamatdır. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş, Şamaxı rayon Göylər kənd inzibati ərazi dairəsinin nümayəndəliyi tərəfindən təsdiq olunmuş X9, X11 və X3 iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, Ərizəçi tanəyərlar. O Gəylər kənd sakini X12 ilə qeyri rəsmi nikahla yaşayır. 09 avqust 2015-ci il tarixdə Ağsu rayonu Ağalarbəyli kəndində çobançılıq edən zaman onlarda qonaq olmuşlar, həmin vaxt Xoşqədəmin bir qızı dünyaya gəlmişdir.Doğuşa həmin kənddə feldşer mama kimi işləyən Süsən adlı qadın kömək etmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 07 sentyabr 2021-ci il tarixli 05/q-905/15 saylı Ərizəçi adına ünvanlanmış məktubunda göstərilir ki, Ərizəçi Ağsu rayonu Ağalarbəyli kəndində 08 avqust 2015-ci il tarixdə ev şəraitində doğulmuş bir qız uşağının doğumunun qeydə alınmasına dair müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası“nın tələblərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssəsindən sənəd təqdim edilməli və bu sənəd olmadıqda doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bildirilmişdir ki, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunur. Həmçinin, Şamaxı rayon qeydiyyat şöbəsi məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 09 avqust 2015-ci il tarixdə tibb müəssisəsindən kənarda, Ağsu rayonu Ağalarbəyli kəndində bir qız uşağının doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.6-cı bəndindən görünür ki, tibb müəssisəsindən kənarda doğulmuş uşağın doğulmasını təsdiq edən həkim sənədi olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 09 avqust 2015-ci il tarixdə tibb müəssisəsindən kənarda, Ağsu rayonu Ağalarbəyli kəndində bir qız uşağının doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Ərizəçi 09 avqust 2015-ci il tarixdə tibb müəssisəsindən kənarda, Ağsu rayonu Ağalarbəyli kəndində bir qız uşağının doğması faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar