Məhkəmə qərarları › İş №2(074)-1150/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1150/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1150/2021 15.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdə yaşayış hüququnun itirilmiş hesab olunması və evin qeydiyyatından çıxaırlmaya dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı evdən istifadə hüququnun ititirlmiş hesab olunması və evin qeydiyyatında çıxaırlmaya dair iddia qaldıraraq, cavbdehin 10 yaşlı oğlu X2 ilə birlikdə ona məxsus ünvan 1 evdən istifadə hüquqlarının itirilmiş hesab olunması və evinin qeydiyyatından çıxaırlmlarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. İş materillarında olan 13 sentyabr 2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə ******* nömrəli qeydiyyat haqqında arayışdan görünür ki,cavabdeh xx xxxxxxxx 1982-ci il təvəllüdlü Cavabdeh ünvan 1 evdə qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mübahisəli evdə istifadə hüququ mövcud deyil, mülkiyyətçi tərəfindən hər hansı bir yazılı razılıq verilməmiş və mübahisəli evdə sadəcə qeydiyyatı mövcuddur. İddiaçı cavabdehin mübahisəli evdən qeydiyyatdan çıxarılmasını tələb edir. Ona görə də qeydiyyat orqanın qərarından inzibati məhkəməyə müraciət etməli olduğu halda ümumi məhkəməyə müraciət etmişdir. 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndində göstərilir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun ititirlmiş hesab olunması və evin qeydiyyatında çıxarılmaya dair mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli, iddiaçılara qeyd olunan tələblə müvafiq inzibati orqana müraciət etməli olması, onların müraciətindən imtina edildikdə isə inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən və ya hazırkı iddia tələbi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun ititirlmiş hesab olunması və evin qeydiyyatından çıxarılmaya dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar