Məhkəmə qərarları › İş №2(074)-1152/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1152/2021

22.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1152/2021 22.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı zəbt olunmuş sahənin boşaldılması tələbinə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş sahənin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində Azərbaycan Respublikası MPM-nin 149cu maddəsində müəyyən olunmuş qaydada forma və məzmununa riayət olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş hüquqmüəyyənedici sənədlər- Dövlət aktları, alqı-satqı müqavilələri və digər sənədlər kserosurətdir, notarial qaydada təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 89-cu maddəsinə əsaslanaraq qeyd edirəm ki, məhkəməyə təqdim edilən yazılı sübutların ya əsli və yaxud da ki, lazımi qaydada (notarial və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada) təsdiq olunmuş surəti təqdim edilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2002-ci il tarixli məktubuna istinadən qeyd edirəm ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələblərinə əsasən, həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş qaydada iddia ərizəsinin formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş sahənin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar