Məhkəmə qərarları › İş №2(074)-1166/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1166/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1166/2021 02.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, ərizəçi X9 oğlunun maraqlı tərəf Şamaxı rayon X10 Xidmət Mərkəzində Ədliyyə Nazirliyini Notariat Ofisinə qarşı qohumluq faktının müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X5 məhkəməyə maraqlı tərəf Şamaxı rayon X10 Xidmət Mərkəzində Ədliyyə Nazirliyini Notariat Ofisinə qarşı qohumluq faktının müəyyən olunması barədə ərizə ilə müraciət edərək mərhum X4 ilə onun qohumluq əlaqəsi yəni X1 onun anası olması, onun mərhum X2 oğlu olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında ərizəçi X5 göstərdi ki, ərizəsinə baxılmasını istəmir. Bu barədə məhkəməyə ərizə təqdim etdi və ərizəsinin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı tərəf Şamaxı rayon X10 Xidmət Mərkəzində Ədliyyə Nazirliyini Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizəyə dair münasibətini bildirməmişdir. Məhkəmə ərizəçini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi ərizənin qaytarılması barədə ərizə verdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263,264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X3 maraqlı tərəf Şamaxı rayon X10 Xidmət Mərkəzində Ədliyyə Nazirliyini Notariat Ofisinə qarşı qohumluq faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar