Məhkəmə qərarları › İş №2(074)-117/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-117/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-117/2021 27.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq, cavabdeh X1 “Anar” Ticarət mərkəzinin uşaq paltarları şöbəsinə 11379 manat borcun, maddi ziyana görə 1000 manat və 30 manat dövlət rüsumunun alınıb “Anar” ticarət mərkəzinin uşaq paltarları şöbəsinə verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə məhkəmə baxışı iclası 27 sentyabr 2021-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Tərəflərin gəlməmələrinin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır. Buna görə də, məhkəmə onların məhkəmə baxışı iclasına gəlməmələrini üzürlü kimi qiymətləndirməmişdir. Odur ki, məhkəmə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar