Məhkəmə qərarları › İş №2(074)-1191/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1191/2021

30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1191/2021 30.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən, Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, Ərizəçi maraqlı şəxs Şamaxı regional ASAN xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəlliyin açılma yerinin müəyyən edilməsi fakına dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Şamaxı regional ASAN xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəlliyin açılma yerinin müəyyən edilməsi fakına dair ərizə ilə məhkəməyə müraciət edərək 13 noyabr 2012-ci il tarixdə Şamaxı şəhəri dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 5616 saylı vəsiyyətnamə üzrə vərəsə kimi Şamaxı şəhəri Şərifzadə küçəsi 26 saylı fərdi yaşayış evinin tərəfindən faktiki qəbul edilməsinə dair qətnamə çıxaırlmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi Şamaxı şəhəri Şərifzadə küçəsi 26 saylı fərdi yaşayış evinin tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını tələb etsə də, bu barədə sənədlərini məhkəməyə təqdim etməmişdir. Ərizəçinin əsaslandığı hüquqmüəyyənedici sənədlər-şəhadətnamələr, vəsiyyərnamə, ərizə və dövlət reyestrindən çıxarış və digər sənədlər kserosurətdir, notarial qaydada təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 89-cu maddəsinə əsaslanaraq qeyd edirəm ki, məhkəməyə təqdim edilən yazılı sübutların ya əsli və yaxud da ki, lazımi qaydada (notarial və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada) təsdiq olunmuş surəti təqdim edilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2002-ci il tarixli məktubuna istinadən qeyd edirəm ki, məhkəməyə təqdim edilən təsərrüfat, maliyyə kargüzarlıq və şəxsi xarakterli sənədlərin mötəbərliyinə və həqiqiliyinə əmin olmaq üçün ilk növbədə onların əsli və notariat qaydasında təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Şamaxı regional ASAN xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəlliyin açılma yerinin müəyyən edilməsi fakına dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar