Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-12/2023 11.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəmir torun sökülməsi torpaqdan qanunsuz istifadəyə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş, iddiaçıya və ailəsinə məxsus olan torpaq sahəsinin boşaldılması, həmin hissəyə çəkilmiş torun sökülərək iddiaçıya məxsus sahədən çıxarılması və həmin sahənin onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Şamaxı rayonu Aqrar islahat komissiyasının qərarı ilə 0,7175 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən biçin sahəsi kimi istifadə edirlər. O, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan Müşfiq qəsəbəsində yaşayır. Kənddə az-az olur. Bir-iki əvvəl kəndə gələndə torpaq sahəsinin cavabdeh tərəfindən çəpərləndiyini görüb. Cavabdehə bildirib ki, onun torpağını niyə çəpərləmisiniz. Deyib ki, öz torpağımızdır. Bu mübahisə tərəflər arasında xeyli davam edib. O, sərhədlərin dəqiqləşməsi üçün DƏDRX-nin Şamaxı ərazi idarəsinə müraciət edib. Onlar da ona kömək edə bilməyiblər. Deyiblər ki, torpaq sahəsinə çəpər çəkilib, birinci bu mübahisəni həll edin. Sonra qalan məsələləri həll edərik. Əvvəl icra nümayəndəsinə və sonra polis Şöbəsinə müraciət edib, ona məsləhət görülüb ki, məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddia tələbinin tələbini qəbul etməyərək izahat verib bildirdi ki, onlar tərəfindən iddiaçının torpağı bilərəkdən zəbt olunmayıb. İddiaçı oradan istifadə etmir. Onlar özlərinə məxsus bütün torpaqları alqı-satqı ilə əldə ediblər. Onlara aldıqları torpağın yerini göstəriblər, onlar isə həmin yerlərə dəmir tor çəkiblər. İddiaçının torpağı olduğunu deməyiblər. İndiyədək də həmin torpaqdan onlar istifadə edib. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 iyun 2021-ci il tarixli, № **********65 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı ünvanlanan məktubundan görünür ki, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə Ərazi İdarəsinin əməkdaşları zəruri olan ölçmə işlərinin aparılması üçün əmlakın yerləşdiyi ünvanda olmuşlar. Lakin, torpaq sahəsinin yerləşdiyi ərazi dəmir tor çəpər ilə çəpərləndiyi üçün ölçmə işlərinin aparılması qeyri-mümkün olmuşdur. İş materiallarında olan MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində kənd təsərrüfatı təyinatlı 0,7175 ha torpaq sahəsinin hüquq sahibləri – 0,1435 ha - X9, 0,287 ha - İddiaçı, 0,1435 ha - X10, 0,1435 ha - X6r. İş materiallarında olan MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,87 ha torpaq sahəsi X2 mülkiyyətindədir. İş materiallarında olan MH seriyalı 003986 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,7175 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,8912 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Dədəgünəş kəndində yerləşən 0,574 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 25 nömrəli Şamaxı rayon Dədəgünəş Bələdiyyəsinin arayışından görünür ki, Cavabdeh, həqiqətən torpaq islahatına qədər Soltanov Mülkşah zəbt etdiyi bələdiyyə torpaq sahəsini 2007-ci il tarixdə satarkən onun torpaq sahəsi ilə qonşu torpaqları olan Cavabdeh ilə mübahisələri düşmüş bu səbəbdən onlar Dədəgünəş bələdiyyəsinə müraciət etmiş, xüsusi mütəxəssislər dəvət edilmiş, DTXK-nın Şamaxı rayon şöbəsinin böyük mütəxəssisi M.Həmidov, Ağsu RAYİ-nin mühəndisi B.Qasımov, Dədəgünəş bələdiyyəsinin sədri R.Soltanov, Bakı şəhər sakini Cavabdeh, Dədəgünəş kənd sakini Soltanov Mülkşahın iştirakı ilə akt tərtib edilmişdir. Torpaq sahəsinin sərhədləri dəqiq göstərilmişdir. Məsələ həll edildikdən sonra hamının gözü qarşısında Cavabdeh öz torpaq sahəsini dəmir torla hasarlamışdır. İş materiallarında olan 28 avqust 2007-ci il tarixli aktdan görünür ki, Cavabdeh ilə Soltanov Mülküşah arasında olan torpaq mübahisəsini həll etmək üçün bələdiyyə xəritəsi və bölgü xəritəsinə əsasən sahələr ölçüldü və hər iki tərəfə göstərildi. Yekunda tərəflər arasında mübahisə qalmadı. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, **********34 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, naturada İddiaçı torpaq istifadəçiliyi olmadığından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsinin naturada həmin əraziyə və konfiqurasiyaya uyğun olub-olmamasını müəyyən etmək olmadı. Elektron baza məlumatlarına əsasən İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla 0,7175 ha, MH seriyalı ******* nömrəli çıxarışla 0,12 ha, MH seriyalı ******* nömrəli çıxarışla 0,574 ha, reyestr nömrəsi **********35 olan çıxarışla 0,8912 ha və X3 mülkiyyətinə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla 0,87 ha torpaq sahələri üst-üstə düşmür. Mülki iş materiallarına əlavə olunmuş çıxarışların plan ölçü sənədlərində qeyd olunan koordinatlar daxilində olan torpaq sahələri natura ilə uyğunsuzluq təşkil edir. Torpaqların elektron kadastrı uçot informasiya sisteminə (TEKUİS) əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsinin 0,53 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh X11 naturada istifadə etdiyi torpaq sahəsini dəmir torla hasarlanmış və tikinti işləri aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10-7171 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********34 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, naturada İddiaçı torpaq istifadəçiliyi olmadığından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsinin naturada həmin əraziyə və konfiqurasiyaya uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətinə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla 0,7175 ha torpaq sahəsinin, MH seriyalı ******* nömrəli çıxarışla 0,12 ha torpaq sahəsinin, MH seriyalı ******* nömrəli çıxarışla 0,574 ha torpaq sahəsinin reyestr nömrəsi **********35 olan çıxarışla 0,8912 ha torpaq sahəsinin və X3 mülkiyyətinə verilmiş MH seriyalı ******* nömrəli çıxarışla 0,87 ha torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mülki iş materiallarına əlavə olunmuş çıxarışların plan ölçü sənədlərində qeyd olunan koordinatlar daxilində olan torpaq sahələri natura ilə uyğunsuzluq təşkil edir. Torpaqların elektron kadastrı uçot informasiya sisteminə (TEKUİS) əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,7175 ha torpaq sahəsinin 0,53 ha hissəsi cavabdeh tərəfindən naturada istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh naturada istifadə etdiyi torpaq sahəsini dəmir torla hasarlamış və tikinti işləri aparmışdır. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsinin 0,53 ha hissəsi Cavabdeh tərəfindən boşaldılmalı və həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir tor sökülməli və İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılmalıdır Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 113 manat pul ddiaçıya aid edilməlidir. Bundan əlavə keçirilmiş ekspertizanın xərci 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsinin 0,53 ha hissəsi Cavabdeh tərəfindən boşaldılsın, həmin hissədə cavabdeh tərəfindən çəkilmiş dəmir tor sökülsün və İddiaçı və ailəsinin mülkiyyətində olan 0,7175 hektar torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılsın. Cavabdeh keçirilmiş ekspertizanın dəyəri 50 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X5 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-12/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-12/2023
11.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver