Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1241/2021 15.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfiqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “pulun qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 məhkəməyə müraciət edərək Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldıraraq, Cavabdeh qaimə faktura ilə verdiyi “orqanika” gübrəsinin dəyəri olan 9360 manat pulun qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, qanunsuz və əsassız hərəkətləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəməyə gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə müvafiq məhkəməyə-Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İş materiallarında olan 18 aprel 2017-ci il tarixli İN/L-361/2017 saylı xüsusi lisenziyadan görünür ki, X2 (Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalını həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan elektron portaldan fəaliyyət istiqaməti haqqında informasiyadan görünür ki, Cavabdeh dənli bitkinlərin becərilməsi fəaliyyəti ilə məşğuldur. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, X3 fiziki şəxsdir, VÖEN nömrəsi ********** olmaqla 9 saylı Ərazi vergilər idarəsində qeydiyyatdadır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh fiziki şəxsdir, VÖEN nömrəsi ********** olmaqla 4 saylı Ərazi vergilər idarəsində qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, hazırkı mübahisə üzrə tərəflər qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslərdir, mübahisə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dairdir. İddia ərizəsinin məzmunundanda görünür ki, tərəflər arasında “orqanika” gübrəsinin alqı-satqısı ilə əlaqədar həmin gübrənin pulunun tələbidir. Belə olan halda aidiyyət qaydalarının tələblərinə uyğun olaraq hazırki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işə həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verə bilər. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mulki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardadan 10 (on) gün müddətində Şamaxı rayon Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №2(074)-1241/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1241/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver