Məhkəmə qərarları › İş №2(074)-1274/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1274/2021

17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1274/2021 17.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı Regional ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notarius ofisinə qarşı miras əmlakı qəbul etmə faktının müəyən edilməsi barədə ərizəsinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Şamaxı Regional ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notarius ofisinə qarşı miras əmlakı qəbul etmə faktının müəyən edilməsi barədə ərizə ilə müraciət edərək anası X1 qalmış mirasın vərəsələri- o və qardaşı X2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Şamaxı rayonu Göylər kəndində yerləşən 0,52 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsində və həmin kənddə yerləşən 2500 kv.metr sahədə yerləşən ev və həyətyanı torpaq sahəsində hər biri üçün bərabər həcmində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Hüseybaba qızı məhkəməyə ərizə göndərərək sənədlərinə hüquqi qiymət vermədən ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizənin geri qaytarılmasına dair ərizə verərək ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf Şamaxı Regional ASAN Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Notarius ofisinə qarşı miras əmlakı qəbul etmə faktının müəyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar