Məhkəmə qərarları › İş №2(074)-13/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-13/2023

11.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-13/2023 11.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın onun istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndindəki 0,2155 hektar ölçüdəki torpaq sahəsini zəbt etdiyi hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1990-cu ildən o, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayış evi və 0,2155 hektar ölçüdə həyətyanı sahə almışdır. Şamaxı rayonu texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vərəqəsi ilə 329 nömrəli reyest kitabında 369-cu inventar işində qeydiyyata alınmışdır. Bundan başqa həmin evə və həyətyanı torpaq sahəsinə 369 inventar iş nömrəsi ilə texniki pasport verilmişdir. Texniki pasportda göstərilmişdir ki, 1972-ci ildə inşa edilmiş tikililərin sahəsi yaşayış evi – 143,4 m2, bağ eyvanı – 16,1 m2, anbar – 26,4 m2, hamam – 11 m2, sanitar qovşaq – 1 m2, torpaq sahəsi isə - 2100 m2 təşkil edir. Daşınmaz Əmlakın Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinin RX seriyalı, ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışında iddiaçının torpaq sahəsinin ölçüsü 2072 m2 göstərilmişdir. Bunun səbəbi ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir qismini qonşusu Cavabdeh zəbt etmişdir. Cavabdeh eni 3 metr, uzunluğu isə 18 metr olan iddaçıya məxsus sahəni özbaşına öz torpaq sahəsinə qatmışdır. Köhnə dəmir tordan quraşdırılan hasarı söküb yenisini iddiaçının sahəsinə doğru irəli çəkərək yeni dəmir torla ilə quraşdırmış, hətta ortadakı ağacı da yerindən çıxartmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyini və bunun ekspert rəyi ilə də təsdiq olunduğunu bildirirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-325F, KOD 41017018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,2072 ha torpaq sahəsinin ½ hissəsi X2 və ½ hissəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 85.4 kv.m yaşayış, 440 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli, **********15 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış) İddiaçı mülkiyyətinə verilmiş 0,2072 ha torpaq sahəsi faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı mülkiyyətinə verilmiş 0,2072 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Mülki iş materillarında MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,21 ha torpaq sahəsinin plan ölçü sənədi təqdim edilmədiyindən naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6554 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********15 nömrəli mütəxəssis rəyinə əsasən, (RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış) İddiaçı mülkiyyətinə verilmiş 0,2072 ha torpaq sahəsinin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. İddiaçı mülkiyyətinə verilmiş 0,2072 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən olunur. Mülki iş materillarında MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Cavabdeh mülkiyyətinə verilmiş 0,21 ha torpaq sahəsinin plan ölçü sənədi təqdim edilmədiyindən naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Ekspertiza xərci 50 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut edilmədiyindən İddiaçı Cavabdeh qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 50 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın onun istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar