Məhkəmə qərarları › İş №2(074)-1311/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1311/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1311/2023 21.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş və xx.xx.2023-cü il tarixdə həlak olmuş X3 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.2004-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş oğlu X6 xx.xx.2023-cü il tarixdə döyüş bölgəsində şəhid olmuşdur. Həyat yoldaşı vəfat edibdir. O, şəhid ailəsi statusunu və sığorta pulunu almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Şamaxı filialına müraciət etmişdir. Orada bildirmişlər ki, Cavidin doğum şəhadətnaməsində atalığı müəyyən olunmamışdır. Bu səbəbdən də, ona şəhid ailəsi adı verilməsi mümkün deyildir və bunun üçün məhkəməyə müraciət olunmalıdır. O, 2003-cü ildə qeyri-rəsmi olaraq X4 ilə ailə qurmuşdur. Nikahlarını isə xx.xx.2005-ci ildə rəsmiləşdirmişlər. X6 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Uşağın soyadı ananın ərizəsinə əsasən yazılmışdır. O, ərizə vermədiyi üçün, uşağa da Zülfüqarova soyadı verilmiş və hər ikisinin soyadı Zülfüqarov olduğu üçün, buna əhəmiyyət verməmişdirlər. Amma əslində o və Dilşad eyni vaxtda ərizə verərək, uşağın mənşəyini müəyyən etməlidirlər. Ona bildirilmişdir ki, onun Cavidlə ata-oğlu olması faktının, yəni qohumluq faktının müəyyən olunması barədə məhkəmə qərarı tələb olunur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X8 ifadə verib bildirmişdirlər ki, Ərizəçi ilə qonşudurlar. Cavanşirin xx.xx.2004-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş oğlu Cavid Zülfüqarov xx.xx.2023-cü il tarixdə döyüş bölgəsində şəhid olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, atası Ərizəçi, anası X2r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə “Zülfüqarov”, arvada “Zülfüqarova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə hərbi əməliyyatlar nəticəsində odlu silahla törədilmiş zədələr nəticəsində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, “X4 ilə nikahınız Şamaxı rayon Quşçu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2005-ci ildə 34 nömrə ilə qeydə alınmışdır. xx.xx.2015-ci ildə vəfat etmiş X1 ölümü haqqında xx.xx.2015-ci ildə Maraqlı şəxs tərəfindən 182 nömrəli akt qeydi tərtib edilmişdir. Sizin ərizəniz əsasında vəfat etmiş X3 atalığın müəyyən edilməsinin qeydə alınması Maraqlı şəxs tərəfindən mümkün deyildir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda, Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi X3 atası olması ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2004-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş və xx.xx.2023-cü il tarixdə həlak olmuş X3 atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar