Məhkəmə qərarları › İş №2(074)-1356/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1356/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1356/2024 08.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X8 və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı əmrin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 baş direktorunun onun işdən azad edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 83 saylı əmrinin ləğv edilib, onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən N.Tusi adına X3 metodist vəzifəsində işləmişdir. Onun əmək fəaliyyəti uzunmüddətli olduğundan, əmək müqaviləsi 2020-ci ildən müddətsiz əmək müqaviləsi hesab olunmuşdur. X3 çalışdığı 16 il müddətində heç vaxt rəhbərlik tərəfindən hər hansı inzibati tənbeh növlü cəza (rəsmi xəbərdarlıq, töhmət, şiddətli töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək haqqının tutulması və sair) almamışdır. O, öz işinə həmişə məsuliyyətlə yanaşmış, vəzifə öhdəliklərimi layiqincə yerinə yetirmişdir. Belə ki, əmək funksiyası və əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri bilir və qanunla müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirmişdir. Elə bunun nəticəsidir ki, 20 sentyabr 2022-ci ildə N.Tusi adına ŞAR-da keçirilən Attestasiya Komissiyasında 7 nəfər attestasiya komissiyası üzvlərinin səsverməsinə görə, əmək fəaliyyətini 5 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, müsbət qiymətləndirilmişdir. 31 may 2024-cü il tarixdə gözlənilmədən ŞAR-ın Kadrlar Şöbəsindən onu çağırıb, işdən azad edilməsini ona bildirib, işdən azadolunma əmrini təqdim etmişlər. Beləliklə, N.Tusi adına ŞAR-ın baş direktorunun 83 saylı, 31 may 2024-cü il tarixli əmrində göstərilmişdir ki, guya o, işinə laqeyd yanaşmış, tutduğu vəzifə öhdəliklərini guya yerinə yetirməmiş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri guya bilmir və yerinə yetirməmişdir ki, bu da müəssisənin mənafeyinə ziyan vurmuşdur. Bu əsasla ŞAR-ın rəhbərliyi qeyri-qanuni olaraq, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Bu əmrdə göstərilənlərə görə, onun işdən azad edilməsi ŞAR-ın icraçı direktorunun məlumatı, ŞAR-ın Təhsil Şöbəsi müdirinin müraciətləri və ŞAR Həmkarlar Təşkilatının qərarı əsas olmuşdur. Sonradan öyrənmişdir ki, ŞAR Həmkarlar Təşkilatının əsassız olaraq onun əleyhinə tərtib olunmuş xx.xx.2024-cü il tarixli naməlum qərarından xəbərsizdir və onlar heç vaxt onunla bu barədə söhbət aparmayıblar. O, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. ŞAR-ın baş direktorunun onun qeyri-qanuni olaraq işdən azad edilməsil ilə bağlı 83 saylı, 31 may 2024-cü il tarixli əmrində yazılanları rədd edir. Bu qeyri-qanuni əmrlə onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. Əgər o, indiyədək işini və ŞAR-da tutduğu vəzifəsinin öhdəsindən gəlməsəydi, əmək funksiyası və əmək müqaviləsi üzrə üzərinə düşən digər öhdəlikləri bacarmasaydı belə, rəhbərlik tərəfindən inzibati tənbeh növündə cəzalandırılardı. Amma bunların heç birisi baş verməmişdir. Aşkar görünür ki, ŞAR-ın baş direktorunun işdən azadolunma barəsində verdiyi 83 saylı, 31 may 2024-cü il tarixli əmri qərəzlidir. Qeyd etdiyi səbəblərdən öz işinə bərpa olunmaq üçün həm Mediasiya Təşkilatına, həm də, X10 rəsmi müraciətlər etmişdir. xx.xx.2024-cü il tarixli Mediasiya arayışından görünür ki, N.Tusi adına X2 nümayəndəsi mediasiya prosesində iştirak etməmişdir. X12 Xidmətinin X4 verilmiş 3-17-5/2-M-491 13/2024 saylı, 25 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, həm onun müraciəti, həm də cavabdehin özünümüdafiə xarakterli uydurmaları olduğu kimi yazılmış, lakin X12 Xidməti müstəqil dövlət orqanı kimi şikayəti üzrə heç bir araşdırma aparmamışdır. Yekunda ona məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Hesab edir ki, ŞAR-ın baş direktorunun 83 saylı, 31 may 2024-cü il tarixli əmri tam əsassız olduğundan, ləğv olunmalı və öz işinə bərpa edilməklə, onun pozulmuş əmək hüquqları bərpa edilməlidir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehlə qarşılıqlı razılaşmaya əsasən, iddia tələbinin həcminin azaldaraq, yalnız 31 may 2024-cü il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, işdən çıxarılması haqqında N.Tusi adına X2 31 may 2024-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsi barədə iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddiaçı ilə oxşar məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 nümayəndəsi X13 iddia tələbini qəbul edərək, İddiaçı işdən çıxarılması haqqında N.Tusi adına X2 31 may 2024-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsi barədə iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 baş direktorunun 31 may 2024-cü il tarixli, 83 saylı əmrindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, ŞAR-ın Təhsil şöbəsinin metodisti vəzifəsində əvəzçiliklə çalışan İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 31 may 2024-cü il tarixdən ləğv edilməsi və onun həmin tarixdən işdən çıxarılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Dağlıq Şirvan Regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 25 iyul 2024-cü il tarixli məktubunda göstərilir ki, daxil olmuş sənədlərə baxış zamanı müəyyən edildi ki, N.Tusi adına ŞAR-ın Təhsil şöbəsinin müdiri Paşa Əhmədov tərəfindən ŞAR-ın rəhbərliyinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış təqdimatda şöbənin əsas fəaliyyətinin N.Tusi adına X2 Bakı şəhər bazasında olduğunu və hal-hazırda kadr çatışmazlığı səbəbindən bu işlərin keyfiyyətlə görülməsinin problemə çevrildiyini və təhsillə bağlı işlərin icraasında heç bir fəallıq göstərmədiyi qeyd edilmişdir. Odur ki, ŞAR-ın Bakı bölməsində işə çıxmaq üçün dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamış və əsas iş yerinin Şamaxıda olduğunu əsas gətirərək, işə çıxmaqdan imtina etmisiniz. Yuxarıda göstərilən səbəbdən, N.Tusi adına X6 tərəfindən sizinlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilən əsaslarla xitam verilməsi üçün müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatına 24 may 2024-cü il tarixdə rəsmi müraciət etmişdir. N.Tusi adına X2 X7 İdarə Heyətinin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında sizin əmək intizamına və müəssisədaxili nizam-intizam qaydalarına əməl etmədiyiniz müzakirə edilmiş və qəbul edilmiş qərarla sizinlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə N.Tusi adına X2 83 saylı xx.xx.2024-cü il tarixli əmri ilə sizinlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilərək, son haqq-hesabınız xx.xx.2024-cü il tarixdə əmək müqavilənizdə nəzərdə tutulmuş əmək haqqınıza uyğun olaraq hesablanıb əmək müqavilənizə xitam verildiyi gün kart hesabınıza ödənilmişdir. İşə bərpa olunma tələbinizlə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işəgötürənin əsas hüququdur. Bu səbəbdən, işə bərpa olunmağınızla bağlı işəgötürənə müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik”. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2008-ci ildən N.Tusi adına X3 metodist vəzifəsində işləmişdir. Onun əmək fəaliyyəti uzunmüddətli olduğundan, əmək müqaviləsi 2020-ci ildən müddətsiz əmək müqaviləsi hesab olunmuşdur. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 baş direktorunun 31 may 2024-cü il tarixli, 83 saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, ŞAR-ın Təhsil şöbəsinin metodisti vəzifəsində əvəzçiliklə çalışan İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 31 may 2024-cü il tarixdən ləğv edilməsi və onun həmin tarixdən işdən çıxarılması əmr edilmişdir. Bu səbəbdən, İddiaçı pozulmuş əmək hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması haqqında N.Tusi adına X2 31 may 2024cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsini xahiş etmişdir. Hazırda isə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X6 iddia tələbini qəbul edərək, İddiaçı işdən çıxarılması haqqında N.Tusi adına X2 31 may 2024-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsinə etiraz etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. ƏM-nin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi, iddia məhkəmə iclasında cavabdeh tərəfindən etiraf edilmişdir. Belə olah halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış 07 yanvar 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və işdən çıxarılması haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 31 may 2024-cü il tarixli, 83 saylı əmri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış 07 yanvar 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və işdən çıxarılması haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X2 31 may 2024-cü il tarixli, 83 saylı əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar