Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1372/2025 16.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı sanitar mühafizə zonasında aparılan tikintilərin cavabdehin hesabına sökülməsi və həmin sahənin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sanitar-mühafizə zonasında həyata keçirdiyi fərdi yaşayış evi tikintisinin qanunsuz hesab edilməsi, cavabdehin torpaq sahəsində aparılan tikintisinin dayandırılması və aradan qaldırılması (sökülməsi) üçün öhdəlik qoyulması, cavabdehə gələcəkdə sanitar-gigiyena normalarına və sanitar-mühafizə zonası tələblərinə riayət etmədən hər hansı tikinti işləri aparmasının qadağan olunması barədə qərar qəbul edilməsi və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı-a məxsus olan zavod istehsalat sahəsi ünvan 1i ünvanında yerləşir. Müəssisənin fəaliyyəti nəticəsində yaranan səs-küy, vibrasiya və digər istehsalat riskləri nəzərə alınaraq, xx.xx.2024-cü il tarixində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən istehsalat sahəsinin Sanitar- Mühafizə Zonası (SMZ) müəyyən olunmuş və bu zona 60 metr məsafəni əhatə edir. Cavabdehə məxsus ünvan 1ində olan torpaq sahəsi, təyin edilmiş 60 metrlik sanitariyamühafizə zonasının daxilində yerləşir. Bununla belə, cavabdeh bu sahədə fərdi yaşayış evi tikintisinə başlamışdır. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1i, Pirsaat məscidinin arxasında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan 1687,5 kv.m. əmlak kompleksi kimi müəssisənin yerləşdiyi və onun istifadəsində olan 13516,1 kv.m. torpaq sahəsinin səs-küy və titrəmə baxımdan müəyyən olunmuş 60 metrlik, ekoloji təhlükəlilik baxımdan isə müəyyən olunmuş 100 metrlik sanitarmühafizə zonasında cavabdeh X4 tərəfindən aparılan tikintilərin öz hesabına sökülməsi və həmin sanitar-mühafizə zonasının cavabdeh tərəfindən boşaldılması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 1ində, 0,1664 ha torpaq sahəsində yerləşən 1687,5 kv.m. ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,07 ha ölçüdə torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə tam pay hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan “X1” MMC-nin 05 sentyabr 2025-ci il tarixli 174 saylı rəyindən görünür ki, təqdim olunmuş sənədləri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın “istehsalat ərazisi, sənaye zonası (rayonu)” bölməsinin tələblərini nəzərə alaraq, Şamaxı rayonu, Sabir qəsəbəsi, Mərzəndiyə kəndi, Pirsaat məscidinin arxasında yerləşən İddiaçı MMC-nin istifadəsində olan 13516.1 kv.m torpaq sahəsində yerləşən cəmiyyətə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitar-mühafizə zonasının, səs-küy və titrəmə baxımdan minimal məsafəsinin 60 metr, ekoloji təhlükəlilik baxımdan isə 100 metr müəyyən olunur. Cavabdeh mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə sərhədi ilə İddiaçınə məxsus sahəsi 1687.5 kv.m olan əmlak kompleksi kimi müəssisənin sənəd üzrə sərhədi arasında ən yaxın məsafənin təqribən 20 metr təşkil etdiyini nəzərə alaraq, tikinti aparılan ərazinin (Cavabdeh oğlünün və ya digər şəxsin torpaq sahəsi) İddiaçı MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitar-mühafizə zonasında yerləşməsi müəyyən edil. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın “istehsalat ərazisi, sənaye zonası (rayonu)” bölməsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 268 nömrəli “səs və titrəmənin müayinə protokolu”na və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən razırlaşdırılmış və təsdiq edilmiş 2024-cü il tarixli “X8 Həddi” normativ sənədinin tələblərinə müvafiq olaraq, Cavabdeh və ya digər şəxsin torpaq sahəsində aparılan tikinti işlərinin İddiaçı MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitarmühafizə zonasında yerləşməsi sanitar-gigiyena, tikinti-texniki və texniki-təhlükəsizlik baxımdan mənfi nəticələr doğura bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsinin və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın “istehsalat ərazisi, sənaye zonası (rayonu)” bölməsinin tələblərinə müvafiq olaraq, İddiaçı MMC yə məxsus əmlak kompleksi kimi müəssisənin (metal dam örtükləri istehsalı sahəsi) sanitar-mühafizə zonasında yaşayış təyinatlı tikililərin (yaşayış evi və ona aid köməkçi tikililər) inşası qeyri-mümkündür və yolverilməzdir. Sanitar norma və qaydalara əsasən, istehsalat sahəsinin sanitar-mühafizə zonasında insanların daimi və ya müvəqqəti olması gigiyenik və ekoloji baxımdan yolverilməzdir. Zavodun fəaliyyətindən yaranan tullantılar, səs-küy, titrəmə və digər mənfi təsirlər səbəbindən, tədqiq olunan ərazidə yaşayış, qeyriyaşayış, ambar və ya hər hansı digər təyinatlı obyektlərin inşası və istifadəsi qeyrimümkündür. Beləliklə, sanitar-mühafizə zonasında insanların iştirakı və hə yolverilməz hesab edilməlidir. İddiaçı MMC-yə məxsus əmlak kompleksi kimi müəssisənin təyinatını (metal dam örtükləri istehsalı sahəsi) nəzərə alıb, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 268 nömrəli “səs və titrəmənin müayinə protokolu”na və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən razırlaşdırılmış və təsdiq edilmiş 2024- cü il tarixli “X8 Həddi” normativ sənədinin tələblərinə istinadən, tikinti aparılan ərazidə tikintinin mövcud vəziyyətdə davam etdirilməsi İddiaçı MMC- yə məxsus əmlak kompleksi kimi müəssisənin (istehsalat sahəsi) normal istismarına, texnoloji prosesinə və təhlükəsizliyinə mənfi təsir göstərməsi müəyyən edilir. Göründüyü kimi, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Cavabdeh Şamaxı rayonu Mərzəndiyə kəndində xüsusi mülkiyyətində 0,07 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə tam pay hüququ qeydiyyata alınmış və hazırda mübahisə predmeti olan torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Bununla da, iddiaçı sanitar mühafizə zonasında aparılan tikintilərin sökülməsini və həmin sahənin boşaldılmasını tələb etdiyi torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanun yaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı sanitar mühafizə zonasında aparılan tikintilərin cavabdehin hesabına sökülməsi və həmin sahənin boşaldılması tələbinə dair iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı sanitar mühafizə zonasında aparılan tikintilərin cavabdehin hesabına sökülməsi və həmin sahənin boşaldılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1372/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1372/2025
16.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver