Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-140/2025 07.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X25 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpası barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi doğum akt qeydinin bərpasına dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il tarixdə Ermənistanın İcevan rayonu, Polad kəndində anadan olması, milliyyətcə azərbaycanlı, atasının X5, anasının X3 olmasına dair doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X6 xx.xx.2006-cı ildə Şamaxı rayonu Kələxana kəndində vəfat etmişdir. X1 hazırda onunla yaşayır. Atasının adına Şamaxı rayonu Kələxana kəndində fərdi yaşayış evi vardır. Atası vəfat etdiyindən, evə dair vərəsəlik açdırmaq istəyir və bunun üçün Şamaxı Reqional “Asan Xidmət” Mərkəzinə müraciət etmişdir. Orada bildirmişlər ki, doğumu barədə elektron informasiya sistemində heç bir məlumat görünmür. Bundan sonra o, qeydiyyat şöbəsinə müraciət etmişdir ki, doğum akt qeydini bərpa etsinlər. Lakin, qeydiyyat şöbəsi bundan imtina etmiş və ona bildirilmişdir ki, doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməlidir. O, xx.xx.1956-cı ildə Ermənistanın İcevan rayonu, Polad kəndində anadan olmuş, atası X6, X1dır. Onun doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin, məlum hadisələrlə bağlı Ermənistandan məcburi qaçqın düşərkən, bəzi sənədlərini götürsə də, tələsik çıxmalı olduğundan, doğum haqqında şəhadətnaməsini götürə bilməmiş və doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. O, köhnə pasportuna uyğun olaraq, şəxsiyyət vəsiqəsi almışdır. Həmin şəxsiyyət vəsiqəsində xx.xx.1956-cı ildə Ermənistanın İcevan rayonu, Polad kəndində doğulması qeyd edilibdir. Köhnə pasportunda və şəxsiyyət vəsiqəsində doğum günü və ayı göstərildiyindən, müəyyən etmək olur ki, doğum haqqında şəhadətnaməsi olmuşdur. Bacıları Gülşəhrab və Sevinc, qardaşları Həsən və Elmar da, hazırda Azərbaycanda yaşayırlar. Onların doğum haqqında şəhadətnaməsi vardır. Bu hal özü təsdiq edir ki, onun da, doğum haqqında şəhadətnaməsi olmuşdur. Odur ki, doğum akt qeydi məhkəmə qətnaməsi ilə bərpa olunmalıdır. Məhkəmə iclasında ərizəçi X8 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Onlar Ermənistanın İcevan rayonunun Polad kəndində 1988-ci ilədək qonşu olublar. 1988-ci ildə məlum hadisələrdən sonra, onlar Şamaxı rayonunun Kələxana kəndinə köçmüşdürlər. Ərizəçi Ermənistandakı evi yandırılmış, yalnız özləri evdən çıxmışdırlar. Bildiyinə görə, Xanların bəzi sənədləri də həmin evdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 şahid X16 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistanın İcevan rayonunun Polad kəndində doğulmuşdur. Eyni zamanda, iş materiallarında olan fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə Ermənistanın İcevan rayonunun Polad kəndində doğulmuş, atası X6, X1dır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 arasında xx.xx.1956-cı il tarixdə Ermənistanın İcevan rayonunun VVAQ şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra, ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi ailə üzvləri – atası X6, anası X11, qardaşları X12 və X13, bacıları X4 və X7 Ermənistanın İcevan rayonunun Polad kəndində doğulmuşdurlar. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kələxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 2006-cı ildən ailə üzvləri ilə birlikdə Şamaxı rayonunun Kələxana kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, xx.xx.1956-cı ildə Ermənistanın İcevan rayonunun Polad kəndində anadan olmuş Ərizəçi doğumu haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadı, doğum haqqında akt qeydinin bərpası Maraqlı şəxs tərəfindən mümkün deyil, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-ci maddəsinə əsasən, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistanın İcevan rayonu Polad kəndində doğulması, atasının X6, milliyətcə azərbaycanlı, anasının X3, milliyətcə azərbaycanlı olması haqqında doğum akt qeydi bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistanın İcevan rayonu Polad kəndində doğulması, atasının X6, milliyətcə azərbaycanlı, anasının X3, milliyətcə azərbaycanlı olması haqqında doğum akt qeydi bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-140/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-140/2025
07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver