Məhkəmə qərarları › İş №2(074)-1425/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1425/2025

11.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1425/2025 11.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - vəkil X7 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, **********27 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh özünə məxsus Şamaxı rayonu, Cabanı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini Şamaxı notariat kontorunda 4ə-4/929 saylı müqaviləyə əsasən, həyat yoldaşına satmış, lakin alqı-satqı müqaviləsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamışdır. xx.xx.2022-ci il tarixdə əri vəfat etmişdir. O və qızları X9 və X8 vərəsəliyi qəbul edərək, vərəsəlik şəhadətnaməsi almışdırlar. Bu yaxınlarda Cabanı kəndində ərinin aldığı torpaq sahəsini vərəsəlik üzrə rəsmiləşdirmək üçün DƏDRX-nə müraciət etdikdə, məlum oldu ki, cavabdeh 2007-ci ildə satdığı torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə yenidən çıxarış almışdır. Bu səbəbdən, həmin evi miras əmlak siyahısına daxil etmək mümkün deyildir. Cavabdehlə əlaqə saxlayaraq, aydınlıq gətirməsini istəmiş, lakin, bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, bu çıxarış etibarsız hesab olunmalıdır. Belə ki, cavabdeh həmin torpağı 2007-ci ildə satdığını bilə-bilə, 2021-ci ildə yenidən həmin torpağa öz adına çıxarış alır. Bu çıxarış elə verildiyi andan etibarsız olan bir sənəddir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi - vəkil X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini əsassız hesab edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda, Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, Şamaxı rayonu, Çabanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışla təsdiq olunur. İddiaçı iddia ərizəsində qeyd edir ki, “xx.xx.2007-ci il tarixdə əri X5 ilə onun arasında Şamaxı rayonu, Cabanı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi ilə əlaqədar, alqı-satqı müqaviləsi imzalanmışdır. İlk növbədə bildirir ki, həmin torpaq sahəsi bələdiyyə sənədi ilə onun sərəncamına verilmiş, xüsusi mülkiyyət kimi DƏDRX-də qeydiyyatdan keçməmişdir. O da, həmin torpaq sahəsini X1. Aralarında razılaşma olmuşdur ki, həmin torpaq sahəsinə görə ona 15000 (on beş min) manat ödəniləcəyi təqdirdə, onun adına sənədləşdirilə bilər. Lakin, Ənvər Feyzullayev ona cəmi 3000 (üç min) manat pul beh kimi vermiş və onu inandırmışdır ki, qalan məbləğidə ona notarial qaydada ödədikdən sonra, torpaq sahəsini onun adına sənədləşdirər. Ancaq, Ənvər Feyzullayev ona qalan məbləği ödəməmiş, dəfələrlə aralarında söz-söhbət olmudur. O da, həmin torpaq sahəsini ona xəbərdarlıq etdikdən sonra, öz adına xx.xx.2021-ci il tarixdə DƏDRX-ə müraciət edib çıxarış almışdır. Ənvər Feyzullayevin xx.xx.2022-ci ildə ölməsini sonradan bilmişdir. İddiaçının sözlərinə görə, əgər X5 ilə arasında alqı-satqı müqaviləsi var idisə, niyə 15 il müddətində onun tərəfindən öz adına çıxarışın verilməsi ilə DƏDRX-ə müraciət olunmamışdır? Sonra, əgər X5 ilə aralarında alqı-satqı müqaviləsi var idisə, niyə həmin müqaviləni qeydiyyata aldırmırdı? Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən, özünə məxsus Şamaxı rayonu, Cabanı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini alıcı X3 mülkiyyətinə verir. Həmin müqaviləyə görə, alıcı X5 müqavilədə nəzərdə tutulan qiyməti nağd şəkildə satıcı Cavabdeh tam ödədi, satıcı isə həmin məbləği bütünlükdə qəbul etdi. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0,12 ha ölçüdə torpaq sahəsi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Məmmədova (Feyzullayeva) Dilfara Fərrux qızı, X9 və X8 mərhum X3 vərəsələri hesab edilmişdir. Göründüyü kimi, Cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0,12 ha ölçüdə olan torpaq sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq, notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2, lakin, Ənvər Feyzullayev əldə etdiyi torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə almadan, cavabdeh həmin torpaq sahəsinə dair öz adına mülkiyyət sənədi əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın xx.xx.1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi «X10rşı» işi üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyatıa alınmış, **********27 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edisin. Şamaxı rayonu, Cabanı kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, **********27 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar