Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-147/2020 06.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin sədri Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılmasına dair” iddiası üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara münasib bölünməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evin məcburi qaydada açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən mənzilin onun və cavabdeh Qasımova (Hüseynova) Təranə Əlisahib qızının payına uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahat verib bildirdi ki,cavabdeh Qasımova (Hüseynova) Təranə Əlisahib qızı ilə 08 oktyabr 2013-cü ildə rəsmi olaraq ailə qurmuşlar. Şamaxı rayon Məhkəməsinin 21 oktyabr 2018-ci il tarixli, 2(074)-1335/2018 saylı qətnaməsi ilə boşanmışlar. Nikah dövründə 2 otaqlı olan ünvan 2 iddiaçı öz adına almışdır. Şamaxı rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(074)-407/2019 saylı qətnaməsi ilə ünvan 2 mən İddiaçı mülkiyyətçi payı ½ hissəyə və cavabdeh Qasımova(Hüseynova) Təranə Əlisahib qızının mülkiyyətçi payı 1/2 hissədə müəyyən edilmişdir. Odur ki, ünvan 2-nın mən İddiaçı və cavabdeh Qasımova(Hüseynova) Təranə Əlisahib qızının payına uyğun mənzilin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Qasımova (Hüseynova) Təranə Əlisahib qızı məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş (daşınmaz əmlakın reyestr nömrəsi **********78-05101-093027, qeydiyyat nömrəsi **********) çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45,20 kv.m olan mənzil 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh məxsusudur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(074)-407/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə cavabdeh Qasımova (Hüseynova) Təranə Əlisahib qızının birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45,2 kv.m olan mənzil bərabər paylara bölünsün, həmin mənzildə İddiaçı mülkiyyətçi payı 1/2 hissədə, cavabdeh Qasımova (Hüseynova) Təranə Əlisahib qızının 1/2 hissədə payı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli 10/573 saylı ekspertiza rəyindən görünür ki, Şamaxı şəhəri, Gənclər küçəsi 36 saylı evin 6 saylı mənzilinin tərəflər arasında 1/2 paylar üzrə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Əmlakın Dövlət Reyestrindən verilmiş (daşınmaz əmlakın reyestr nömrəsi **********78-05101-093027, qeydiyyat nömrəsi **********) çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 45,20 kv.m olan mənzil 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh məxsusudur. Ekspertin rəyi ilə iş üzrə tərəflərin paylı mülkiyyətində olan Şamaxı şəhəri, Gənclər küçəsi 36 saylı evin 6 saylı mənzilinin tərəflər arasında 1/2 paylar üzrə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün hesab edilməmişdir. Məhkəmə rəyi vermiş ekspertin mühəndislik sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, 01 iyun 2020-ci il tarixli 10/573 saylı ekspert rəyi ilə razılaşır və payın naturada ayrılması məsələsi texniki cəhətdən mümkün olmadığından iddiaçının tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı öz payının naturada ayrılmasını tələb etməkdə haqlı olduğundan, lakin həmin pay naturada bölünməsi faktiki olaraq mümkün olmadığından İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılmasına dair” iddia tələbi təmin olunmamlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılmasına dair” iddiası rədd edilsin. İddiaçı keçirilmiş ekspertizanın dəyəri 100 manat alınıb Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-147/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-147/2020
06.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver