Məhkəmə qərarları › İş №2(074)-1483/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1483/2025

16.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1483/2025 16.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsinə dair payların naturada bölünməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanunamüvafiq qaydada onların payının naturada ayrılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, onlar, yaşadıqları evin mülkiyyətçisi olan Cavabdeh həmin evin onların 5 nəfərlik ailə üzavlərinin sayına uyğun olaraq 50 kv.m yaşayış sahəsinin paylarına düşən hissəsinin onlara verilməsini xahiş etmişlər. Lakin, cavabdeh göstərilən ölçüdə pay verməkdən imtina etmişdir. Onlar, 5 nəfərlik ailə üçün 32 kv.m yaşayış sahəsinin çox az olması səbəbi ilə etiraz etmişlər. Şamaxı rayon Məhkəməsinin 2(074)-655/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə atası Cavabdeh iddia tələbi təmin edilməmişdir. Sumqaytı Apellyasiya Məhkəməsinin 2(105)-1364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Yaşayış sahəsinin bölünməsi üzrə aralarında olan mübahisə hazırda davam edir. Əvvəlkindən fərqli olaraq hazırda həyat yoldaşı İddiaçı2 da, indi iddiaçı tərəf kimi iştirak edir. Məlumat üçün bildirir ki, cavabdeh X1 əvvəlcə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə yaşayış sahəsinin özləri ilə onun arasında payların müəyən edilərək bölünməsi üçün ərizə ilə müraciət etmişdir. Bu məqsədlə Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən Dövlət Notariat Ofisinə getmişlər. O, 50 kv.m pay istəmiş, atası isə narazılığını bildirmiş və buna görə də, aralarında notarial qaydada saziş bağlanması mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Elixan qızı (həm də İddiaçı1 nümayəndəsi) iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, payın ayrılmasına razı olsa da, 50 kv.m sahəsinin ayrılmasına etiraz edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,14 ha torpaq sahəsi isə onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-655/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsinin bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1364/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi və Şamaxı rayon Məhkəməsinin 2(074)-655/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir, həmin evin yerləşdiyi 0,14 ha torpaq sahəsi isə onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdeh fərdi yaşayış evindən 32 kvadratmetr hissənin iddiaçıların payına ayrılmasını təklif etsə də, iddiaçılar bununla razılaşmayaraq, ailə üzvlərinin sayı nəzərə alınmaqla onlara daha çox pay verilməsini istəyirlər. Belə olan halda, məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayıldığından həmin əqdin bağlanması üçün təkcə cavabdehin iradə ifadəsi kifayət deyil, həmçinin iddiaçıların da iradə ifadəsinin olması vacibdir. Hazırki halda isə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus fərdi yaşayış evindən 32 kv.m payın ayrılmasına iddiaçılar razılaşmadıqlarından bağışlama müqaviləsi bağlanmamış hesab edilir. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılarla cavabdehin ümumi (paylı) mülkiyyətində olmadığından, həmçinin iddiaçılar cavabdehin təklif etdiyi ölçüdə pay ayrılmasına razılaşmadıqlarından və cavabdehin üzərinə belə öhdəliyin qoyulması mümkün olmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “yaşayış sahəsinə dair payların naturada bölünməsi tələbinə” dair iddiaları təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özülərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar