Məhkəmə qərarları › İş №2(074)-15/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-15/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-15/2024 21.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X6, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus sökülən evin tam şəkildə bərpa edilməsi, ərazidən ailəsi ilə birlikdə çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh ona mülkiyyət hüququ əsasında məxsus olan Şamaxı şəhəri, Şəhriyar küçəsi 25 ünvanında yerləşən torpaq sahəsindən çıxarılmasına, ona məxsus bir otaqlı yaşayış evinin tam bərpa edilməsinə, dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılması və Cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında faktiki yaşayır. Mərhumə bibisi X3, qanun üzrə vərəsələri olmadığına görə, ona mülkiyyət hüququ əsasında məxsus olan, Şamaxı şəhəri, Şəhriyar küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 0,0163 ha olan torpaq sahəsi və üzərində yerləşən yaşayış evini, Azərbaycan Respublikası Qobustan rayonunun Dövlət notariat kontorunda, 10 iyul 2008-ci il tarixində iki nəfər şahidin iştirakı ilə ona vəsiyyət etmişdir. X1 19 iyul 2008-ci il tarixində Şamaxı şəhərində vəfat etmişdir. X1 vəfat etdikdən sonra təxminən 2013-cü ilin əvvəllərində ona vəsiyyətnamə qoyduğunu bilmişdir. Ondan sonra, mirasın faktiki qəbul edilməsi barədə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı rayon Məhkəməsinin 10 yanvar 2014-cü il tarixli, 2(074)-47/2014 saylı qətnaməsinə əsasən miras əmlaka hüququ tanındıqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək vəsiyyət üzrə miras əmlak olan və Şamaxı şəhəri, Şəhriyar küçəsi 25 ünvanında yerləşən, ümumi sahəsi 0,0163 ha olan torpaq sahəsi və üzərində yerləşən yaşayış evinə dair Çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, 14 saylı Şamaxı Ərazi İdarəsi onun adına ******* nömrəli RX seriyalı, xx.xx.2014-cü il tarixli Çıxarış vermişdir. Cavabdeh ona vəsiyyət olunan əmlakı qanunsuz yolla ələ keçirməkdən ötrü hər cür yola əl atmış və faktiki olaraq əmlakını özbaşına ələ keçirərək, orada yerləşən yaşayış evinin damını sökmüş və yerində özünə digər yaşayış evi tikməsi görüntüsü yaratmışdır. Əslində isə həmin ev yararlı vəziyyətdə olmaqla oradan istifadə etmiş və yaşamışdır. O, həm miras əmlakın tərəfindən faktiki qəbul edilməsi hüquqi faktın tanınması ilə bağlı Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir və həm də ona vurulan maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Çıxarış və texniki pasportda olan rəsmi məlumatlardan görünür ki, mərhum bibisi X2 vəsiyyətnamə üzrə ona qalmış torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinin ümumi sahəsi 40,5 kv.m., yaşayış sahəsi 22,7 kv.m., yardımçı sahəsi 17,8 kv.m.olan 1 otaqlıdır. Beləliklə, göründüyü kimi və sənədlərin də göstərdiyinə görə, ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 3 ünvanda evin yerləşməsi təsdiqini tapır. Əraziləri - torpaq sahələrinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt etməsi sənədlər və faktlarla təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun mübahisəli evə köçməsi qət edilsə də cavabdeh buna imkan vermir. Buna görə də həmin evdə yaşaya bilmir. Cavabdeh onu evə buraxmadığı üçün mənzilin hazırki vəziyyət ilə bağlı sübutlar təqdim edə bilmir. Lakin ev cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı evi qanunsuz sənədlərlə ələ keçirmişdir. Həmin həyətdə yerləşən bütün evlər onun dədə-babalarının olmuşdur. İddiaçı tərəfindən mübahisələndirlən evi isə yararsız hala salmayıb. Hüquqi cəhətdən düzgün qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Evin yerləşdiyi 0,0163 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, ünvan 4Q (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi (55.20 m²) və torpaq sahəsi (0.015550 ha) Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-5/2016 saylı 23 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdlərə son qoyulması və evdən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxılaraq, ilkin iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 25b saylı mənzilə edilən qəsdlərə son qoyulması və onun həmin mənzildən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 4164 manat məbləğində pulun alınıb iddiaçı Cavabdeh verilməsi barədə qətnamə qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən mübahisəli evdə tənasübsüz şəkildə zərər vurmadan ayrılması mümkün olmayan yenidənqurma və yaxşılaşdırma işləri aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2017-ci il tarixli, 2(102)-5998/17 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2017-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2017-ci il tarixli, 2(105)-248/17 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli 3-16-16/2-10/7736 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirilmişdir. Naturada göstərilən torpaq sahəsi 0.01627 ha təşkil edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi **********81- 10301) plan ölçü sənədi olmadığından İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə işin araşdırılmış hallarına, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən verilmiş iddia tələbinin “sökülən evin tam şəkildə bərpa edilməsi” hissəsi ilə bağlı Cavabdeh mübahisəli evi yararsız hala salması faktı ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır. Əksinə, həmin mübahisəli evdə əsaslı yenidənqurma və yaxşılaşdırma işləri aparması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı tərəfindən isə yeni yaranmış hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, əksinə məhkəmə iclasında iddiaçı cavabdehin onu mübahisəli evdə yaşamağa imkan vermədiyi üçün həmin evə gedə bilmədiyini və orada yaşamadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbinin “torpaq sahəsindən çıxarılma” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (reyestr nömrəsi **********81-10301) plan ölçü sənədi olmadığından İddiaçı nümayəndəsinin göstərdiyi torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iş üzrə olan sübutlarla cavabdehin iddiaçının istifadəsində olan ünvan 4 ünvanında yerləşən 0,0163 ha torpaq sahəsini zəbt etməsi halı təsdiq edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 50 manat da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “ona məxsus sökülən evin tam şəkildə bərpa edilməsi, ərazidən ailəsi ilə birlikdə çıxarılma və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İddiaçı 50 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X5 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar