Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-150/2023 23.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “yüksək təzyiqli qaz xəttinin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndində yerləşən ona məxsus 0,18 hektar torpaq sahəsindən keçən böyük diametrli (ana xətt) yüksək təzyiqli qaz xəttinin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göylər Bələdiyyəsinin 05 iyul 2004-cü il tarixli, 05 saylı protokolundan çıxarışa əsasən 0,8 hektar həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,3 hektar dövlət qeydiyyatından keçmiş və fəaliyyətinə icazə verilmiş digər torpaq sahəsi vardır. Daimi yaşayış və fəaliyyət yeri Bakı şəhəri olduğundan Göylər kəndinə vaxtaşırı gəlir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edib. Ərazədə koordinatlar müəyyən olunarkən orada yüksək təhlükə mənbəyi olan qaz xətti keçməsi səbəbindən ona çıxarış verilməsindən imtina olunub. Əslində adi vəziyyətdə bu xətt ona mane olmur. Amma çətinlik odur ki, buna görə o, çıxarış ala bilmir. Eyni zamanda o gələcəkdə bezindoldurma məntəqəsi açmaq istəsə, nəinki, həmin sahənin içərisindən, hətta onun mühafizə zonasından belə xətlərin keçirilməsinə kənar obyektlərin olmasına yol verilmir. Yəni məcburdur ki, qaz xəttini ona məxsus torpaqdan çıxartdırsın. O, Cavabdeh1 Ağsu Regional Qaz İdarəsinin X5 Sahəsinə müraciət edib ki, ondan icazəsiz torpaq sahəsindən qaz xətti keçirilmişdir. Həmin xətti oradan çıxarmaq lazımdır. İdarədən İddiaçı bildiriblər ki, rəhbərliyə məlumat verərik. Bu məsələ onların səlahiyyətindədir. Heç bir nəticə olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsində əvvəllər yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərmiş, lakin hazırda torpaq sahəsi boşdur. Torpaq sahəsinə çıxarış alınmamışdır. Cavabdehlər Cavabdeh1 və X6 Sahəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin nümayəndələrinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Şamaxı rayon Göylər kəndində 1799,01 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması məqsədilə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsində ölçü işləri aparılmış, müəyyən olunmuşdur ki, faktiki və sənəd üzrə istifadənizdə olan sahənin üzərində elektrik xəttinin transformatoru yerləşir. Bundan əlavə torpaq sahəsindən yüksək təzyiqli qaz xətti keçir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********07 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı naturada faktiki istifadəsində olan torpaq sahəsi ilə mülki işə əlavə edilmiş A 223046 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahəsinin coğrafi yerləşməsində fərq vardır. Belə ki, Şamaxı rayonu Göylər kəndində vətəndaşların həyətyanı torpaq sahələrinə verilmiş plan ölçü sanədlərində qeyd olunmuş koordinatlar daxilində olan torpaq sahələri ilə faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluq vardır. Bu səbəbdən "Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin İddiaçı məxsus Şamaxı rayonu Göylər kəndində yerləşən 1799.01 kv.m həyətyanı torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Cavabdeh1nə məxsus qaz xətti İddiaçı qızinın faktiki naturada istifadə etdiyi torpaq sahəsindən keçir. İddiaçı məxsus 0.18 ha torpaq sahəsi əvəllər onun özünə məxsus yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. Mülki işə alavə olunmuş yanacaq doldurma məntəqəsinə aid baş planda göstərilən cizgilərə əsasən yanacaq doldurulma məntəqəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Aparılmış çöl ölçmə işləri nəticəsində məlum olmuşdur ki, “Azəriqaz" İstehsalat Birliyinə məxsus qaz xətti keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvəllər gedişgəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3920 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli, **********07 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh1nə məxsus qaz xəttinin keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçdiyi müəyyən olundu. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş sənədlər idarənin arxivində saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus 1799.01 kv.m torpaq sahəsi əvvəllər onun özünə məxsus olmuş yanacaq doldurma məntəqəsinə aid olan torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı ona məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsindən keçən böyük diametrli yüksək təzyiqli qaz xəttinin həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 10/3920 saylı ekspert rəyinə əsasən Cavabdeh1nə məxsus qaz xəttinin keçmiş yanacaq doldurma məntəqəsinin baş planına əsasən yanacaq doldurma məntəqəsinə əvvəllər gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsinin altından (yeraltı) keçdiyi müəyyən olunmuşdur. Göründüyü kimi iş üzrə olan sübutlarla qaz xəttinin iddiaçıya məxsus Şamaxı rayonu, Göylər kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşməsi halı təsdiq edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizaları tədqiqatının dəyəri 50 manat da iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı “yüksək təzyiqli qaz xəttinin torpaq sahəsindən çıxarılması” tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İddiaçı 50 manat məbləğində ekspert xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-150/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-150/2023
23.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver