Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-157/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Şamaxı rayon Nağaraxana bələdiyyəsnin sədrinə və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına verilmiş ********** saylı, 26.09.2014-cü il tarixli çıxarışın ləğv olunması, qanunsuz tikilinin öz hesabına sökülməsi, ona verilmiş ilkin sənədə əsasən sərhədlərin tanınması və Reyestr Xidmətində Çıxarışın verilməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Şamaxı rayon Nağaraxana bələdiyyəsinə və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehlərin onun torpağından çıxarılması və ona verilmiş 0,15 ha torpaq sahəsinin sərhədlərinin tanıdılmasına dair iddia qaldıraraq, iddia ərizəsinin təmin edilərək cavabdehlərin onun torpağından çıxarılması və **********0220 kadastr nömrəsi ilə 29 dekabr 2008ci il tarixdə 4326 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədindəki və bununla eyni olan 28 dekabr 2012-ci il tarixli Çıxarışdakı göstərilən sərhədlər və döngə nöqtələrinin koordinatları əsasında ona verilmiş 0,15 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ona tanıdılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun cavabdehlər Cavabdeh1, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədrinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsinin təmin edilərək Cavabdeh1 onun torpağında qanunsuz zəbt edərək tikdirdiyi evin sökülməsinə, ərazinin boşaldılması və həmin sahəyə dair Reyestr Xidmətindən ona yeni Çıxarış verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahat verib göstərdi ki, iddia ərizəsinə daxil etdiyi 13 saylı 25 avqust 1995-ci il tarixli əmrdən çıxarışın təsdiq olunmuş surətindən göründüyü kimi 0,15 ha torpaq ona verilmişdir. Həmin əmrə əlavə edilmiş akt və xəritənin təsdiq olunmuş surətlərində ona verilmiş torpaq sahəsinin Şamaxı rayon Nağaraxana Bələdiyyəsinin mülkiyyətində olmaşı, o cümlədən, ona verilmiş həmin torpaq sahəsinin sərhədlərinin ölçüləri sxemi göstərimişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçüsünə dair ona verdiyi A №115315 nömrəli sənədin təsdiq olunmuş surətindən görünür ki, fərdi yaşayış evi tikmək üçün ona verilmiş 1500.25 m torpaq sahəsi X5 kitabında 29.12.2008-ci il tarixdə 4326 nömrə ilə uçota alınıb. Bu sənəddə ona verilmiş 0,15 ha torpaq sahəsinin qaiməsi rəqəmli (elektron) katastır xəritəsindən çıxarış, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin planı və **********0220 kadastr nömrəli torpaq sahəsinin onun adına mövcudluğu göstərilmişdir. Şamaxı rayon Nağaraxana Bəlidiyyəsinə məxsus VÖEN **********, əhalidən torpaq vergilərin ödənilməsi va ona verilmiş 0,15 ha torpaq sahəsinin vergisi 2020-ci ilə qədər ödəmiş və qəbzlərini ərizəsinə əlavə etmişdir. Ona verilmiş 015,25 ha torpaq sahəsinin reyestr nömrəsi **********72 olmaqla onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və oradan 28.12.2012-ci il tarixdə qeyydiyyat nömrəsi ********** olan seriya RX № ******* nömrəli Çıxarış ona verilmişdir. Həmin Çıxarışa əlavə olunmuş sənəddən görünür ki, orada xüsusi mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin əsas göstəriciləri döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin planı (cizgisi) göstərilmişdir. 28.12.2012-ci ildə həmin torpaq sahəsi ona verilərkən onun sərhədləri ona tanıdılmışdır. Lakin Şamaxı Rayon Nağaraxana kənd Bələdiyyəsi digər naməlum dövlət orqanları ilə əlbir olaraq xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini başqalarına satmışdır. Bu səbəbdən Çıxarışda göstərilən o vaxt sərhədləri ona tanıdılmış xüsusi mülkiyyətində olan 0,15 ha torpaq sahəsindən əsar-əlamət qalmamışdır. Çünki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 29.12.2008-ci il tarixdə 4326 nömrəsi ilə 0,15 ha sahəsini qanunla müəyyən edilmiş qaydada ona vermiş, o, həmin sənəd əsasında 28.12.2012-ci il tarixində Çıxarış almışdır. Lakin hal-hazırda sənədi var, amma torpağı başqasına verilmişdir. Məlum olur ki, ona verilmiş 0,15 ha (**********02020) kadastr nömrəli torpaq sahəsi üzrə Cavabdeh1 verilmiş 26.09.2014-cü il tarixində RX №0488001 seriyalı Çıxarış ləğv edilməklə həmin sahədə tikilmiş ev sökülməli, ona məxsus sahədən çıxarılmalıdır. Bundan başqa həmin sahənin ona məxsus olması barədə qətnamə çıxararaq Reyestr Xidmətində ona dair müvafiq sənədlərin verilməsi tələb olunmalıdır. Ona məxsus **********20 kadastr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə aid məlumatlar elektron bazada mövcuddur. Müəyyən etmişdir ki, Şamaxı Rayon Nağaraxana Kənd Sovetinin 25 avqust 1995-ci il tarixli, 13 saylı sərəncamı ilə ona verilmiş, X5 kitabında 29.12.2008-ci il tarixdə 4326 nömrə ilə uçota alınmış **********0220 kadastr nömrəsi ilə ona məxsus torpaq başqa şəxsə verilmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsini zəbt etmişlər. Halbuki, həmin koordinatlara aid torpaq sahəsi birinci olaraq ona verilmişdir. Onun adına verilmiş 0.15 ha torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Belə ki, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində bir tərəfdən **********0220 kadastr nömrəsi ilə və 29.12.2008-cu il tarixdə 4326 nömrə ilə uçota alınmaqla ona rəsmi qaydada 0.15 ha torpaq sahəsi verilmişdir, digər tərəfdən isə həmin ərazi üçün başqa şəxslərə də sənəd verilmişdir. Bu yolverilməz olsa da, amma reallıqdır. 25 avqust 1995-ci il tarixdə Nağaraxana kənd sovetinin 13 saylı qərarı ilə ona verilmiş və **********0220 kadastr nömrəsi ilə 29.12.2008-ci il tarixdə 4326 nömrə ilə uçota alınmaqla ona qanunla müəyyən edilmiş qaydada 0.15 ha torpaq sahəsi verilmişdir. Buna dair Torpaq sahəsinin planı və ölçüsü sənədində həmin torpağın sərhədləri, döngə nöqtələrinin koordinatları - o cümlədən ona verilmiş axtarışdakı eyni koordinatlar göstərilsə də, faktiki olaraq həmin ərazi qanunsuz olaraq başqasının adına yenidən sənədləşdirilmişdir. Məhkəmədən Cavabdeh1 onun torpağında qanunsuz zəbt edərək tikdirdiyi evin sökülməsi, ərazinin boşaldılması və həmin sahəyə dair Reyestr Xidmətindən ona yeni Çıxarış verilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verib göstərdi ki, iddia tələbi ilə razı deyil, mübahisə edilən torpaq sahəsi 1996-cı ildə tam qanuni əsaslarla tərəfindən əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 cavabdehlə oxşar izahat verib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs DƏDRX-ni 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X3 izahat verib bildirdi ki, tərəflərə verilən sənədlər qanunvericiliyə uyğun verilmişdir və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli Çıxarışdan görünür ki, İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,15 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ünvan 2zrə nümayəndəliyinin 26 avqust 1995-ci il tarixli 13 saylı qərarı ilə 1500,25 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli 26.09.2014-cü il tarixli Çıxarışdan görünür ki, Cavabdeh1 Şamaxı rayonu Nağaraxana kəndində xüsusi mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsi və üzərində 174.2 kv.m ümumi sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi vardır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu Nağaraxana kəndində yaşayan Cavabdeh1 Şamaxı rayon XDS-nin Kirovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 may 1996-cı il tarixli 06 saylı sərəncamı ilə 12000,06 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 iyun 2021-ci il tarixli **********09 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində Seriya RX ******* saylı Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə hazırlanmış AA 013966 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Cavabdeh1 Şamaxı rayon XDS-nin Kirovka inzibati ərazisi üzrə nümayəndəliyinin 04.05.1996-cı il tarixli 06 saylı sərəncamı ilə verilmiş 1200.06 kv.metr torpaq sahəsinə hazırlanmış A 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşmir, (rəyə əlavə olunmuş sxemdə əks olunmuşdur). İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində Seriya RX ******* saylı Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsinə hazırlanmış AA 013966 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi ilə Cavabdeh1 Şamaxı rayon XDS-nin Kirovka inzibati ərazisi üzrə nümayəndəliyinin 04.05.1996-cı il tarixli 06 saylı sərəncamı ilə verilmiş 1200.06 kv.metr torpaq sahəsinə hazırlanmış A 032032 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi üstüstə düşmür. İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində Seriya RX ******* saylı Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi naturada Cavabdeh1 tərəfindən istifadə edilmir. İş materiallarında olan Azərbqycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2021-ci il tarixli 10/3477 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 14 iyun 2021-ci il tarixli **********09 saylı mütəxəssis rəyinə əsasən İddiaçı Şamaxı rayonu Nağarxana kəndində Seriya RX ******* saylı Dövlət Reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsində hazırlanmış AA 013966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin konfiqurasiya və sahə fərqi olduğu müyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh1 Şamaxı rayon XDS-nin Kirovka inzibati ərazisi üzrə nümayəndəliyinin 04.05.1996-cı il tarixli 06 saylı sərəncamı ilə verilmiş 1200,06 kv.metr torpaq sahəsinə hazırlanmış A 032032 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin onun naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşmədiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində Seriya RX ******* saylı Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinə hazırlanmış AA 013966 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsi ilə Cavabdeh1 Şamaxı rayon XDS-nin Kirovka inzibati ərazisi üzrə nümayəndəliyinin 04.05.1996-cı il tarixli 06 saylı sərəncamı ilə verilmiş 1200,06 kv.metr torpaq sahəsinə hazırlanmış A 032032 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, İddiaçı Şamaxı rayonu Nağaraxana kəndində Seriya RX ******* saylı Dövlət reyestrindən çıxarışla mülkiyyətinə verilmiş 0,15 ha torpaq sahəsinin naturada Cavabdeh1 tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında olan X6 fililalının 30 noyabr 2020-ci il tarxli 218 saylı məktubundan görünür ki, Nağaraxana kənd “Pobeda” sovxozunun əmr kitablarında 25 avqust 1995-ci il tarixli 13 saylı əmrində İddiaçı həyətyanı torpaq sahəsi aşkar olunmamışdır. İş materiallarında olan X6 filalının 04 oktyabr 2021-ci il tarixli 278 saylı məktubunda göstərilir ki, Şamaxı rayon Nağaraxana kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında İddiaçı adına torpaq sahəsi aşkar olunmamışdır. Məhkəmənin müəyyən etdiyi mübahisəsiz hallar ondan ibarətdir ki, Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi iddiaçıya, 0.12 ha torpaq sahəsi isə cavabdehə məxsusdur. İddiaçı tələbini Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt edərək ev tikməsi ilə əsaslandırsa da, onun bu dəlili yanaşı yoxlanılmış mütəxəssis və ekspert rəyləri ilə təkzib edilmişdir. Belə ki, 14 iyun 2021-ci il tarixli mütəxəssis, 28 iyul 2021-ci il tarixli ekspert rəyləri ilə, tərəflərə məxsus torpaq sahələrinin Torpaq sahəsinin planı və ölçüsü sənədləri ilə nəzərdə tutulan koordinatlar daxilindəki torpaq sahələrinin üst-üstə düşmədiyi, iddiaçıya məxsus 0.15 ha torpaq sahəsinin naturada cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə, rəyləri vermiş şəxslərin ünvanların müəyyən edilməsində zəruri biliyə malik olmalarını və işin nəticəsində maraqlarının olmadığını nəzərə alaraq həmin rəylərlə razılaşır və cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyinə dair rəylərlə müəyyən edilənləri işin hallarına uyğun sayır. Beləliklə iş üzrə olan sübutlarla cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi, onun apardığı tikintinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və sökülməsi tələb olunan tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılması, bununla da tikintinin iddiaçının maraqlarına toxunması təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd edildiyindən, ekspertə və mütəxəssisə verilməli olan məbləğlər iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədrinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı, iddia ərizəsinin təmin edilərək Cavabdeh1 onun torpağında qanunsuz zəbt edərək tikdirdiyi evin sökülməsinə, ərazinin boşaldılması və həmin sahəyə dair Reyestr Xidmətindən ona yeni Çıxarış verilməsinə dair iddiası təmin edilməsin. İddiaçı 406,0 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspetiza xərci alınıb Kapitalbankın 1 saylı Xətai filialı kod ******* VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN ********** hesab AZ23AİİB******************** hesaba və 100 manat ekspertiza xərci alınıb X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-157/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-157/2021
19.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver