Məhkəmə qərarları › İş №2(074)-1583/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1583/2025

15.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1583/2025 15.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Ərizəçi (maraqlı şəxs Şamaxı regional “Asan Xidmət” Mərkəzində notariat ofisi) “şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4, X5, X10, X9, X6 və X1, X3 uşaqları olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhum atasına məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evi miras qalmışdır. Həmin yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şamaxı regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notarial ofisinə müraciət etdikdə onlara bildirilib ki, onların doğum haqqında şəhadətnamələrinin ata qrafasında atalarının adı düz yazılmamışdır. Ona görə də onların qohumluq münasibətlərinin, yəni onların X3 uşaqları olmaqlarını təsdiq edən məhkəmə qətnaməsi lazımdır. Onların ailə tərkiblərində aşağıda adları göstərilən ailə üzvlərinin doğum haqqında şəhadətnamələrinin ata qrafasında belə yazılmışdır. 1.X4 - X12; 2.X5 - X13; 3.X10 - X14; 4.X9 - X13; 5.X7 - X13; 6.X8 - X12; Onun və bacısı X2 doğum haqqında şəhadətnamələrinin ata qrafasında X11 yazılmışdır. Onların kifayət qədər sübutları da vardır ki, onlar X3 övladlarıdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndinə isə izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.2-ci bəndində qeyd edilir əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” haqqında xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarının 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs Şamaxı regional “Asan Xidmət” Mərkəzində notariat ofisi) “şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya qeyd olunan tələblə müvafiq qeydiyyat şöbəsinə müraciət etməli olması, onun müraciətindən imtina edildikdə isə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edildiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi: 24994, əməliyyat İD: ********** olan) 100 manat rüsum Ərizəçi qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Ərizəçi (maraqlı şəxs Şamaxı regional “Asan Xidmət” Mərkəzində notariat ofisi) “şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi: 24994, əməliyyat İD: ********** olan) 100 manat rüsum Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar