Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-16/2022 06.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsina qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və fərdi yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4, maraqlı şəxs DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və fərdi yaşayış sahəsinə çıxarışın verilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək Cavabdeh eni 3.00 metr, uzunluğu 12.00 metr olmaqla ona məxsus zəbt etdiyi torpaq sahəsində tikdiyi tövləni sökməsi barədə qətnamə çıxarılması, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin ona məxsus yaşayış sahəsinə (fərdi yaşayış evi) çıxarışın verməsinin mümkünlüyü barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddiadan imtina etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddiaçının iddiadan imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə, iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsina qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və fərdi yaşayış sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-16/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-16/2022
06.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver