Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-167/2025 06.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi cavabdeh Şamaxı rayon "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon "xxxx" MMC-yə qarşı istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı rayon "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kommunal X6 Müəssisəsi”ndə və "xxxx" MMC-də işlədiyi müddətlərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı Kommunal Təsərrüfatı X3 işlədiyi illərdə istifadə etmədiyi əsas məzuniyyətlərə görə ona kompensasiya verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X10 bir nüsxəsi ona verilməklə, Şamaxı "xxxx" MMC-yə ünvanlanmış 3-48-DA- 1F-2-33-33 nömrəli, 15 fevral 2023-cü il tarixli məktubda yazılmışdır ki, Şamaxı Rayon Kommunal Təsərrüfatı X4 1996-cı ildən 2007-ci ilə qədər və "xxxx" MMC-nin 2008-2011-ci illər daxil olmaqla, əmr kitablarının X12 Filialına təhvil verilməmiş, "xxxx" MMC-nin 2009-2011-ci illərin aparat işçilərinin heç bir ayları, 2010-cu ilin may, iyun, iyul, avqust aylarının əmək-haqqı cədvəlləri və şəxsi hesab kitabları X12 Filialına verilməmişdir. Bundan əlavə, 2012-2017-ci illərin əmək-haqqı cədvəllərinə baxış keçirilmiş və onun əmək-haqqı almağı aşkar olunmamışdır. Bu cavab məktubuna Kommunal X6 Müəssisəsi ”nin 1996-2008-ci illərdə işləyib aldığı əmək-haqqılar barədə arxiv arayışı daxil edilmişdir. 2023-cü ilin noyabrında Milli Arxiv İdarəsi X12 Filialına yenidən müraciət etmiş, Dövlət X10 bir nüsxəsi ona verilməklə "xxxx" MMC-nin direktoruna ünvanlanmış 3-48-DA-l 1F/-2-204-33-23 nömrəli, 16 noyabr 2023-cü il tarixdə yeni cavab ünvanlanmışdır. Həmin cavabda yazılmışdır ki, Şamaxı Kommunal Təsərrüfatı X4 sabiq rəisi, İddiaçı 1998-2007-ci illərin X12 Filialında saxlanılan əmək-haqqı cədvəllərində və şəxsi hesab kitablarında məzuniyyətdən istifadə etməyi aşkar olunmamışdır. 1998-2007-ci illərin əmr kitabları isə X12 Filialına təhvil verilmədiyi yazılmışdır. O, eyni tələblə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Şamaxı Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsi tərəfindən verilmiş 5-75-6/2-Ə-13-062/2024 nömrəli 11 mart 2024-cü il cavab məktubunda yazılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidi. Bununla əlaqədar sözügedən pul əvəzinin ödənilməsi üçün X9 X4 hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməsim tövsiyyə olunmuşdur. Şamaxı Rayon "xxxx" X7 Cəmiyyətindən ona göndərilmiş 5-75-50/2- 81-2024 saylı, 29 may 2024-cü il tarixli cavab məktubunda yazılmışdır ki, Azərbaycan Respublikası Əmək Qanunvericiliyində onun qeyd etdiyi mübahisəli halların həlli üçün istinad ediləcək maddələr olmadığından və hüquqi baxımdan araşdırılmağa ehtiyac duyulan məsələ olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Əmək kitabçasından görünür ki, həqiqətən də Şamaxı Rayon Kommunal Təsərrüfatı X3, daha sonra isə yeni adla "Şamaxı Rayon Yaşıllaşdırma. Müəssisəsi” MMC-də uzun müddət işləmişdir. Bundan sonra mən Mediasiya Təşkilatına və X11 Xidmətinə müraciətlər etmiş, Mediasiya Təşkilatında cavabdehin nümayəndəsi gələrək bildirmişdir ki, onlar kompensasiya verilməsinə etiraz etmirlər, lakin bu barədə qanunvericilikdə istinad ediləsi maddələr olmadığından, çətinliklə üzləşiblər və məhkəməyə müraciət etmələrini tövsiyyə edirlər. Cavabdeh məhkəmədə iddia tələbinə etiraz etməyəcəyini bildirdirmişdir. X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsindən göndərilmiş 3-17-5/2-Ə-61460/2024 saylı, 09 sentyabr tarixli cavab məktubunda onun qeyd etdiyi faktlar təsdiq olunmuş və cavabdehin inzibati xəta törətdiyi də bildirilmişdir. Lakin, müddət keçdiyinə görə onlar cavabdehi cəzalandıra bilməmişlər. X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsindən göndərilmiş bu cavabda yekun olaraq ona bildirilmişdir ki, 1998-2007-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı iddia ərizəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin d) bəndinə (əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməısi və hesablanması, yaxud ödənilməsi) əsasən fərdi əmək mübahisəsidir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır və bu məqsədlə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Şamaxı rayon "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahat verib göstərdi ki, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “Kommunal X6 Müəssisəsi” və "xxxx" MMC-də işlədiyi dövrlərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın cavabdeh "xxxx" MMC tərəfindən ona ödənilməsini xahiş etmişdir. İddiaçı 1996- 2008-ci illər ərzində hüquqi varisi olduğu “Kommunal X6 Müəssisəsi”ndə, 2008-2011-ci illər ərzində isə hüquqi varisi olduğu "xxxx" MMC-də müəssisə rəhbəri vəzifəsində çalışmışdır. İddiaçı işlədiyi dövrdə əmək funksiyalarına uyğun olaraq müəssisəyə rəhbərlik etmiş, onun qanunauyğun fəaliyyətinin, o cümlədən tabeliyində olan işçilərin əməyi üçün təhlükəsiz və qanunauyğun şəraitin təmin olunmasının təminatçısı olmuşdur. Belə ki, iddiaçının öz əmək hüquqlarının pozulması həqiqətə uyğun deyildir. Bununla əlaqədar arxiv sənədlərində çatışmazlıq və qeyri-müəyyənlik olduğundan, şəxsin əmək məzuniyyətindən istifadə edib-etməməsi, habelə etmədiyi təqdirdə ona bununla əlaqədar kompensasiyanın verilib-verilməməsinin aydınlaşdırılması mümkün deyildir. Əmək Məcəlləsinin 296.4-cu maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, iddiaçı istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsi tələbini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında buna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296.4cu maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla, bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. Məhkəməyə ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddiaçının istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsi barədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, İddiaçı 1996-2008-ci illər ərzində “Kommunal X6 Müəssisəsi”ndə, 2008-2011-ci illər ərzində isə "xxxx" MMC-də müəssisə rəhbəri vəzifəsində çalışmışdır. Onun bağlanmış əmək müqaviləsinə 30 yanvar 2023-cü il tarixli 06 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı 29 iyul 2024-cü il tarixdə hazırki iddia tələbi ilə bağlı Sumqayıt 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı isə 26 noyabr 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, hətta iddiaçı öz hüquqlarının pozulduğunu həmin tarixdən bilməli olması nəzərə alındıqda, belə iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri və mövcud qanunvericiliyin normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Şamaxı Rayon Yaşıllaşdırma Müəssisəsi MMC-də işlədiyi müddətdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı “Kommunal X6 Müəssisəsi”ndə və "xxxx" MMC-də işlədiyi müddətlərdə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ona ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-167/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-167/2025
06.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver