Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-181/2023 20.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMCyə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuşdur. 2021-ci ilə kimi həmin idarədə işləmişdir. xx.xx.2021-ci il tarixdə müdriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir. Bir il iki aydır ki, həmin idarədə işləyir. Bir neçə gün əvvəl İdarənin müdiri Nazim Eynallı onu çağırıb bildirmişdir ki, sənin müqavilə müddətin bitmişdir, səninlə yeni müqavilə bağlamıram, ona görə də get avtomaşını təhvil ver. Ona bildirmişdir ki, birincisi baş idarədən çıxarılıb bura göndərilmiş, burada onunla müqavilə bağladığı yadına gəlmir. Müqavilə bağlamış olsaydı belə onu işə girdiyi vaxt yəni xx.xx.2021-ci ildən hesablanmaqla 01 oktyabr 2022-ci il tarixdə, yəni 1 ilin tamam olanda çıxarmış olmalı idi. Amma 1 il 2 aydır ki, burada işləyir. Müqavilə müddəti bitəndən sonra hələ 2 ay işləmiş, bu isə o deməkdir ki, avtomatik olaraq müqavilə növbəti müddətə uzadılmış hesab olunur. Bu gün bu əsasla işdən azad edilməsi qanunsuzdur. Maşın idarəyə məxsus olsa da idarə bu maşının üzərinə bir manat da olsun xərc qoymayıb. Təkərlərini, akkulyatorunu, bütün sınan hissələri özü öz hesabına təmir etdirmişdir. İndi maşını əlindən alıb, özünü də işdən çıxarır. Bildirmişdir ki, buranın yiyəsi mənəm özüm bilərəm, get, hara istəyirsən müraciət et. Mediasiyaya müraciət etmiş, orada aralarında razılıq olamışdır. Odur ki, məhkməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X6 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsindən köçürmə yolu ilə "xxxx" MMC-yə işə qəbul edilmişdir. Həmin vaxt isə o, daimi əsaslarla işə qəbul edilmişdir. Cavabdehin məhkəmə iclası zamanı təqdim etdiyi müqavilədən ümumiyyətlə xəbərləri olmamışdır. Belə ki, həmin müqavilənin bir nüsxəsi iddiaçıya verilməmişdir. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdi ki, iddiaçı Turab Nuralıyev 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Sonda T.Nuralıyevin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xitam verilmişdir. (Əmr № 162). İkincisi iddiaçı ərizəsində hər hansı bir müqavilənin olmadığını qeyd edir. Halbu ki, cavabdeh tərəfindən iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş xx.xx.2022-ci il tarixli 128 nömrəli xəbərdarliq da onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Nuralıyev xəbərdarlığı aldıqdan sonra bu barədə müvafiq qrumlardan və ən azından “ASAN XİDMƏT” dən şəxsiyyət vəsiqəsini təqdim edərək məlumat ala və əmək müqaviləsinin olmadığı barədə rəsmi arayışı məhkəmə əsaslı sübut kimi təqdim edə bilərdi. Güman edir ki, yuxarıda sözügedən məlumatı iddiaçı artıq almış, lakin həmin məlumat onun üçün sərfəli olmadığından yenə də yalnış fikir formalaşdırmaq məqsədilə ərizəsində bu sözləri qeyd etmişdir. Üçüncüsü iddiaçı ərizəsində maşın idarəyə məxsus olsa da idarənin bu maşının üzərinə bir manat da olsun xərc qoymadığını, təkərlərini, akkulyatorunu, bütün sınan hissələri özü öz hesabıma təmir etdirdiyini bildirmişdir. T.Nuralıyev bu yalnış sözlərlə məhkəmənin diqqətini öz istəyinə uyğun formalaşdırmağa çalışmışdır. 13 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktında iddiaçı özü imza edərək idarə etdiyi “Tatra” markalı yuk avtomobilinin təmiri üçün dörd ədəd yeni şini təhvil götürmüşdür. Maraqlı məntiqi bir sual yaranır ki, 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı alan bir şəxs yük avtomobilini necə öz hesabına təmir etdirə ehtiyat hissələri ala bilər? Bundan başqa iddiaçı işlədiyi dövrdə əmək və icra intizamını dəfələrlə pozmuşdur. Belə ki, 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X4 "xxxx" MMC-nin Baş Mexaniki Fərid Ağayev tərəfindən həmin MMC-nin direktoru N.Eynallıya hazırki iş üzrə iddiaçı X2 istifadəsində olan “Tatra-815” markalı **-JZ- *** dövlət nömrə nişanlı yük avtomobilini dəfələrlə deyilməsinə baxmayaraq idarənin avtoqarajına gətirməməsi barədə rəsmi xidməti məruzə təqdim etmişdir. MMC-nin direktoru N.Eynallı tərəfindən həmin xidməti məruzə yə dərkənar qoyularaq nəqliyyat vasitəsinin gətirilməsinin təmin edilməsi MMC-nin Baş Mexaniki Fərid Ağayevə tapşılmışdır. 04 noyabr 2022-ci il tarixdə sözügedən avtomaşın məcburi qaydada idarənin qarajına gətirilərək saxlanılmışdır. Bu barədə MMC-nin 5 nəfər işçisinin iştirakı ilə həmin tarixdə AKT tərtib edilmişdir. Həmin AKT-da həmçinin T.Nuralıyevin idarə etdiyi olan “Tatra-815” markalı, 10 JZ-207 dövlət nömrə nişanlı yük avtomobilini öz məqsədləri üçün istifadə etməklə idarəyə tabeçilik göstərməməsi digər işçilər arasında da əmək intizamının pozulmasına səbəb olduğu qeyd edilmişdir. Bundan başqa T.Nuralıyevə 04 dekabr 2022-ci il tarixdə istifadəsində olan “Tatra-815” markalı, **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini 01 dekabr 2022-ci il tarixdə qaraja gətirməməsi barədə izahat verməsi təklif edilmiş, lakin o, bu izahatı verməkdən imtina etmişdir. Sözügedən məsələ də MMC-nin aidiyyatı əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bundan başqa T.Nuralıyev 17 və 18 noyabr tarixlərində bir daha əmək intizamını pozaraq hər iki gün heç bir üzürlü səbəb olmadan 5 saat yarım iş yerini tərk etmiş və məhz bu səbəbdən də "xxxx" MMC-nin direktoru Nazim Eynallının 17 noyabr 2022-ci il tarixli 27 saylı və 18 noyabr 2022-ci il tarixli 28 saylı əmrləri ilə onun əmək haqqı işdə olmadığı saatlara görə az hesablanmışdır. Bundan başqa T.Nuralıyevə 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş və bu barədə əmrin digər surətinə imza atmaq təklif edilmişdir. O, öncə əmrin surətinə imza atmış lakin sonra imza atığı sənədi götürərək cırmışdır. T.Nuralıyev həmçinin əmək kitabçasını təhvil alması barədə sənədə imza etməkdən imtina etmişdir. Hər iki hal həmin tarixdə iştirakçılar tərəfindən aktlaşdırılmışdır. Qeyd edilən halların mövcudluğu iddiaçının işdən əmrlə qovulmasına tam hüquq vediyi halda rəhbərlik tərəfindən onun əmək müqaviləsinin vaxtının bitməsinə az bir vaxtın qalması səbəbindən T.Nuralıyevə humanistlik göstərilmiş və sonda o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən işdən çıxarılmışdır. Odur ki, iddiaçı X2 Azərbaycan Respublikası Avtomobil X4 "xxxx" MMC-nin direktorunun xx.xx.2022ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X4 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi proqul üçün əmək haqlarının cavabdehin hesabına ödənilməsi barədə tələbinin əsassız sayılaraq təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı çəxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən "xxxx" MMC-nin sürcüsü öz xahişi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürcü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 180 nömrəli əmək müqaviləsindən görünür ki, xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə ayda 370 manat əmək haqqı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli sürücü kimi işə götürülmüş və həmin bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 424 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədən xx.xx.2022-ci il tarixədək müddətli (8 aylıq) sürücü kimi işə götürülmüş və bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli, 27 saylı əmrdən görünür ki, Cəmiyyətdə sürücü peşəsində işləyən İddiaçı xx.xx.2022-cil tarixdə 5,5 saat heç bir üzürlü səbəb olmadan iş yerini tərk etmişdir. İddiaçı həmin tarixdə əmək haqqından işdə olmadığı saatlara görə əmək haqqı az hesablanması əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X5 idarə etdiyi “Tatra- 815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşını öz məqsədləri üçün istifadə etməklə idarəyə tabeçilik göstərmir, onun bu hərəkətləri idarənin işçiləri arasında da əmək intizamının pozulmasına səbəb olur. İş materiallarında olan 01 dekabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-də sürücü işləyən İddiaçı 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olmaqala bağlı imza çəkməsini təklif etmişlər. İddiaçı əvvəlcə əmrlə tanış olması barədə imza etmiş və sonradan əmri cırmışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuş əmək kitabçası təhvil verilmiş, lakin o əmək kitabçasını təhvil alması barədə qeydiyyat kitabına imza etməkdən imtina etmişdir. İş materiallarında olan “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktorunun 01 dekabr 2022-ci il tarixli 162 saylı əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsinin ‘‘b" bəndi-müddətin qurtarmasi bəndinə əsasə xx.xx.2022-ci il tarixdən xitam verilsin. T.X.Nuralıyev İstifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə 25 (iyirmi beş) gün haqqı- hesab ödənilsin. İş materiallarında olan Azərbaycan Avtomobil X3 idarə heyətinin sədrinin xx.xx.2021-ci il tarixli sərəncamının surətindən görünür ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansında olan “Tatra T-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşın əvəssiz olaraq “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansına verilmişdir. İş materiallarında olan ştat cədvəlində dəyişiklik edilməsi barədə məktubun surətindən görünür ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansında olan “Tatra T-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşın “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin balansına verilməsi ilə əlaqədar olaraq “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin ştat cədvəlindən 1 nəfər sürücü çıxarılaraq şın “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin ştat cədvəlinə əlavə edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqənin aşağı hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmişdir, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 40-43-cü vərəqlərində olan 01 aprel 2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqində “11.2 İşçinin soyadı, adı, atasının adı və ünvanı” hissəsində “İmza:” qrafasındakı imzanı - tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız oluğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən, həmin imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “01 aprel 2022-ci il tarixli 180 saylı əmək müqaviləsində olan yazılar (əl və çap üsulu ilə) həmin tarixdə yazılmışdır yoxsa sonradan icra edilmişdir? Sualı üzrə tədqiqat aparılmamışdır. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 220 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürcü vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyindən görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş tərəflər arasında bağlanmış əmək müqaviləsi İddiaçı tərəfindən imzalanmamış ona aid hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmiş, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsi işçi tərəfindən imzalanmadığından etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. 337.1-ci maddəsinə əsasən etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsaəsn etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 220 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 220 manat pul cavabdeh Avtomobil yolları dövlət agentliyi "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-181/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-181/2023
20.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver