Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-20/2024 12.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı “qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Mirikənd ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN-113 saylı, 41013018 kodlu dövlət aktına əsasən onlara məxsus olan 0,72 hektar sahədə Cavabdeh1 tərəfindən özbaşına tikilmiş “Qızılcıq” restoranının və ətrafında olan yardımçı tikililərin onun öz hesabına sökülməsi və cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, onların Şamaxı rayonu, Mirikənd kəndində 2,01 hektar torpaq sahəsi var. Torpaq şərikli mülkiyyətdədir və 3 sahədə yerləşir. Torpaq sahəsinə mülkiyyət hüququna dair JN-113 saylı, 41013018 kodlu dövlət aktları var. Torpaq sahəsinin hüdudları atasına göstərilmiş və sənədləri də ona olmuşdur. 2000-ci il tarixdə atası Rusiyaya getmiş və torpaq sənədləri də onda olmuşdur. xx.xx.2014-cü il tarixdə Rusiyada Tambov şəhərində vəfat etmişdir. Onlarda uzun müddət torpaq sənədlərinin əslini tapa bilməyiblər. Nəhayət məcbur olub DƏDRX-nə müraciət ediblər. Oradan dövlət aktının təsdiq olunmuş surətini əldə ediblər. Reyestrin nümayəndələrinin Ağsu kadastr mərkəzinin əməkdaşlarının iştirakı ilə torpaq sahəsinə baxış keçirilib. Məlum olub ki, onların torpaq sahəsinin 0,72 hektar hissəsi qanunsuz olaraq cavabdeh tərəfindən zəbt olunmuş və orada qanunsuz tikililər tikilmişdir. Tikililərin qanunsuz tikildiyini cavabdeh özü də etiraf edir. Lakin xeyli vəsait sərf etdiyindən tikililəri sökmək istəmir, əksinə çalışır ki, həmin sahələrə və tikintilərə çıxarış alsın. Amma DƏDRX-nin əməkdaşları cavabdehin həmin sahəyə heç bir qanuni hüquqları olmadığı üçün onun bu xahişindən imtina etmişdir. Odur ki, məhkəmə qaydasında tikililərin sökülməsini və torpaq sahəsinin boşaldılmasını xahiş edirlər. Daha sonra İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə iclasından sonra Cavabdeh1 mübahisəli torpaq sahəsinin qardaşı Cavabdeh2 istifadə etdiyini bildirmişdir. Buna görə də Cavabdeh2 da mülki iş üzrə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, restoranla daha çox Cavabdeh1 məşğul olur. O, demək olarki həmişə Cavabdeh1 orada görüb. Buna görə də hesab edir ki, torpaq qardaşının olsa da oranı faktiki Cavabdeh1 idarə edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış digər iddiaçılar və cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-113 saylı, 41013018 kodlu dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Mirikənd kənd sakini X2 və onun ailə üzvləri X5, X3, X6, X4 və İddiaçı3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 30 nömrəli qərarı ilə 2,01 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24 may 2023-cü il tarixli, **********25 saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, JN-113 saylı (kod ********) Dövlət aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinə məxsus olan 2,01 hektar torpaq sahəsi 3 hissədən (JN-113 0,43 hektar, JN-113A 0,9645 hektar və JN-113C 0,6109 hektar) ibarətdir. 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsi mübahisə predmetidir. Elektron uçot məlumatlarına əsasən JN-113 saylı Dövlət atkına əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsinin 0,24 hektar hissəsi naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. JN-113 saylı Dövlət aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsinin 0,19 hektar hissəsi elektron uçot (TEKUİS) məlumatların əsasən Cavabdeh1 tərəfindən istifadə olunur. Cavabdeh1 tərəfindən istifadə olunan hissə və ölçülər rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Cavabdeh1 tərəfindən inşa edilmiş taxta tikili elektron uçot (TEKUİS) məlumatlarına əsasən JN-113 saylı Dövlət aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsində yerləşir. Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğun olub-olmamasını müyyənləşdirmək mütəxəssisin səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 10/4420 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********25 saylı mütəxəssis rəyinə əsasən, JN-113 saylı (kod ********) dövlət aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinə məxsus olan 2,01 hektar torpaq sahəsinin 3 hissədən (JN-113 0,43 hektar, JN-113A 0,9645 hektar və JN-113C 0,6109 hektar) ibarət olduğu, 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsinin mübahisə predmeti olduğu, elektron uçot məlumatlarına əsasən JN-113 saylı dövlət atkına əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsinin 0,24 hektar hissəsinin naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, JN-113 saylı dövlət aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsinin 0,19 hektar hissəsinin elektron uçot (TEKUİS) məlumatlarına əsasən Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh1 tərəfindən inşa edilmiş taxta tikilinin elektron uçot (TEKUİS) məlumatlarına əsasən, JN-113 saylı dövlət aktına əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 113 nömrəli çevrədə olan 0,43 hektar torpaq sahəsində yerləşdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş kottec tikilisinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.2-ci bəndinin tələbinə uyğun olmadığı müəyyən olunur. Keçirilmiş ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli, **********31 saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına hər hansı bir daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə verilmiş sorğuya əsasən bildirilir ki, yalnız Cavabdeh2 adına Şamaxı rayonunun, Mirikənd kəndində JN-0247 nömrəli dövlət atkına əsasən 2,50 hektar (0,10 hektar tikinti, 2,40 hektar kənd təsərrüfatı məqsədli) torpaq sahəsi vardır. İş materiallarında olan JN-0247 saylı, 41013018 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Mirikənd kənd sakini X8 Şamaxı rayonu, Mirikənd bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 4 saylı qərarı ilə 2,50 hektar (0,1 tikinti və 2,4 kənd təsərrüfatı məqsədli) torpaq sahəsi satılmışdır. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli, **********446300 saylı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1 vergi ödəyicisi kimi 4 saylı Ərazi Vergilər İdarəsində uçota alınmamışdır. xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır və fəaliyyət növü “Yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli JN-113 saylı dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus olan 2.01 ha torpaq sahəsinin 0,19 ha hissəsi cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və X9 tərəfindən boşaldılmalı və həmin hissədə cavabdehlər tərəfindən tikilmiş tikililər onların hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, mütəxəssis rəyinin verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş 155,5 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməli, keçirilmiş ekspertizanın xərci 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-113 saylı 41013018 kodlu dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus olan 2.01 ha torpaq sahəsinin 0,19 ha hissəsi cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və X9 tərəfindən boşaldılsın və həmin hissədə cavabdehlər tərəfindən tikilmiş tikililər onların hesabına sökülsün. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pulun 155,5 manatı cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və X7 müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və X7 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-20/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-20/2024
12.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver