Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-21/2022 06.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılmaya dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılmaya dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus olan torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştriak edən İddiaçı nümayəndəsi X2 məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədləri baxılmamış saxlamaqla ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair ərizə verdiyindən, həmçinin cavabdeh iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmaqla mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə işi baxılmamış saxlamaqda haqlıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılmaya dair” iddia ərizəsi geri qaytarılsın, mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-21/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-21/2022
06.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver