Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-21/2023 03.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 15000 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh "xxxx" Təmir-Tikinti Şirkəti arasında 16 aprel 2021-ci il tarixdə “əmlakın təmiri” barədə müqavilə bağlanmışdır. Müqavilə cavabdeh "xxxx" Təmir-Tikinti Şirkətinin ünvan 1 ünvanında yerləşən ofisində bağlanmış və Cavabdeh2 tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Müqaviləyə əsasən əmlakın sahibi kimi, ona məxsus olan ünvan 2 ünvanında yerləşən 101 kv.m sahəni cavabdeh 4 ay müddətinə 30.000 manat əvəzində təmir edərək ona təhvil verməliydi. Cavabdehə ümumilikdə 32900 manat pul ödəsə də təmir işləri tam yekunlaşmamışdır. Göstərilən səbəblərdən şikayət ərizəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmiş, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev tərəfində araşdırma aparılarkən "xxxx" Dizay Təmir Tikinti Şirkətinin direktrou Cavabdeh2 izahat yazaraq etiraf etmişdir ki, həqiqətən də ondan mənzilin təmir üçün 32.900 manat pul almışdır. O, təmir işlərini 16 oktyabr 2021-ci il tarixinə kimi bitirəcəyinə dair təhqiqatçıya iltizam da yazmışdır. Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev tərəfində xx.xx.2021-ci il tarixdə HK-1/685 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla mübahisənin mülki xarakterli olması və araşdırmanın məhkəmə orqanlarının aid olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmək məə tövsiyyə olunmuşdur. Təmir işləri başa çatmadığı üçün hər ay 450 manat məbləğində kirayə üçün pul ödəməli olur. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması və dəqiqləşdiirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən 15000 manat pulun və Cavabdeh2 8246 manat vurulmuş maddi ziyanın və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 15000 manat pulun və cavabdeh 8246 manat pulun, cəmi 23246 manat pulun və 135 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz ərizəsilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 16 aprel 2021-ci il tarixli “təmir tikinti” müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, Ləvənt yaşayış kompleksi, Park Bulvar City, ev 2C ünvanında yerləşən sahəsi 101 kv.m olan 9 saylı mənzildə təmir işlərinin görülməsini cavabdehə həvalə etmişdir. Müqaviləyə əsasən ümumi görülən, işlərin dəyəri 30000 manat təşkil etməli idi. İddiaçı ilkin olaraq 10000 manat ödəniş etdi. Sonradan isə 10000 manat ödəniş etdi. İyul ayında evin təmir işlərinin 70 faizini görüb qurtarmışdır. İyul ayında iddiaçı dizaynda görmüş olduğu mebellərin hazırlanmasınıda sifariş etmişdir. Mebellərin ümumi dəyərinin 26000 manat təşkil etdiyini bildirmiş, iddiaçı hal-hazırda pulunun olmadığını, qızına toy edəcəyini, təmirə görə yerdə qalan 10000 manatı toydan sonra verəcəyini, lakin mebelə görə beh kimi 10000 manat verə biləcəyini bildirmişdir. İddiaçı təmirlə paralel mebellərində hazırlanmasını sifariş etdi. İddiaçi təmirə və mebelə görə qalan borcunu qızının toyundan sonra verəcəyini bildirdi. Sonradan şəxsi münasibətlər zəminində mübahisə yarandı. Belə ki, iddiaçı ondan xoşunun gəldiyini bildirdi, o isə ona yox dediyi üçün işinə qərəzli olaraq problem yaratmağa başladı. İddiaçı artıq mebeli istəmədiyini və mebelə görə ödədiyi 10000 manatın təmirin borcuna hesablanmasını bildirdi. Bunun, mümkün olmadığını ona bildirmişdir. Çünki artıq pul verib mebelin materiallarını almış və həmin materiallar sifarişə uyğun olaraq doğranmışdı. İddiaçı təmirə görə yerdə qalan borcunu ödəmədiyi üçün təmir işlərini saxlamışdır. Bundan sonra iddiaçı ondan polisə şikayət etmiş, polisdə də hər şeyi olduğu kimi bildirmişdir. Əslində zərərçəkənin, o, olmağına baxmayaraq məcburiyyət qarşısında qalıb təmiri tamamlayacağına dair söz vermişdir. Lakin iddiaçı bundan sonra, da müxtəlif bəhanələrlə təmirin tamamlanmasına mane olmağa çalışırdı. İddiaçının təmirin tamamlanmasına maneələr yaratmasına baxmayaraq təxminən fevral ayında evin laminatını da vurub iddiaçıya təhvil vermişdir. Bundan sonra müqavilə şərtlərinə əsasən hər birinin dəyəri 350 - 400 manat olmaqla 5 ədəd qapı qoyulmalı, evin plintusları qapıya uyğun olaraq alınıb vurulmalı və təmir işləri tamamlanmalı idi. Lakin iddiaçı bu dəfə də müqavilə şərtlərinə əsasən qoyulmalı olan qapıları istəmədiyini, daha bahalı qapıların alınıb qoyulmasını bildirmişdir. Halbuki iddiaçının özünün seçimi əsasında həmin qapılar, əvvəlcədən alınıb anbarda saxlanılırdı. İddiaçı həmin qapıların qoyulmasına və evin plintuslarının (80 metr) vurulmasına bu günədək şərait yaratmadığından təmir işlərini bitirə bilməmişlər. Göründüyü kimi müqavilə şərtləri onun tərəfindən deyil iddiaçı tərəfindən pozulmuşdur və iddiaçı tərəfindən ona maddi ziyan vurulmuşdur. Göstərilən xüsusatlara əsasən İddiaçı Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsinin rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, evdə görülən işləri Cavabdeh2 təhvil almamışdır. Evə baxan zaman isə təmirin yaxşı aparılmadığını və bəzi yerlərin əlavə təmirə ehtiyacı olduğunu görmüş və təmir etdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələnbinə etiraz ərizəsini müdafiə edərək iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çmıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, evdə müqaviləyə uyğun bütün təmir işləri aparılmış yalnız qapılar və plintusların vurulması qalmışdır ki, onunda pulunu ödəməyə razıdırlar. Evin təmiri ilə bağlı tərəflər arasında təhviltəslim aparılmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qsimən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 16 aprel 2021-ci il tarixli əmlakın təmiri və tikintisi üçün əmlak sahibi ilə icraçı arasında bağlanılan müqaviləyə əsasən İddiaçı Sumqayıt şəhəri, Ləvənt yaşayış kompleksi, Park Bulvar City, ev 2C ünvanında yerləşən sahəsi 101 kv.m olan 9 saylı mənzildə təmir işlərinin görülməsini Cavabdeh2 həvalə etmişdir. Müqaviləyə əsasən ümumi görülən, işlərin dəyəri 30000 manat təşkil etmiş. İddiaçı Sərəstən qızı ilkin olaraq 10000 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə bağlanan müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə mənzilin təmirinə görə 20 000 manat ödəniş olunmuşdur. Qalıq məbləğ 10 000 manat ödənildikdən sonra mənzilin təmiri 15 gün ərzində yekunlaşdırılaraq təhvil veriləcəkdir. İşə əlavə olaraq 1400 manat pəncərələrin düzəlişinə görə əlavə alınmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Sərəstən qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Xidmətləri MMC-nin 12 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, texniki vizual baxış və təqdim edilmiş fototəsvirlər, videotəsvirlər əsasında Sumqayıt şəhəri, Bulvar ərazisi. Bulvar küçəsi. Lèvent Sumqayıt Beach City yaşayış kompleksində 1-ci korpus, 5-ci blok, 3-cü mərtəbə, 3 otaqdan ibarət 212 №li mənzilin daxilində Cavabdeh1 ilə bağlanmış 16 aprel 2021-ci il tarixli müqaviləyə əsasən aparılan tikinti-təmir işlərinin (materiat~və usta xərci daxil omaqla) məbləği Cədvəl 1-də aparılmış hesablamalar və təhlillərə əsasən 18835.9 manat təşkil etdiyi, texniki vizual baxış və təqdim edilmiş fototəsvirlər, videotəsvirlər əsasında Sumqayıt şəhəri. Bulvar ərazisi. Bulvar küçəsi. Lèvent Sumqayıt Beach City yaşayış kompleksində 1- ci korpus, 5-ci blok, 3-cü mərtəbə, 3 otaqdan ibarət 212 № li mənzilin daxilində İddiaçı tərəfindən aparılan tikinti-təmir işlərinin (material və usta xərci daxil omaqla) məbləği Cədvəl 2-də aparılmış hesablamalar və təhlillərə əsasən, 8246.0 (səkkiz min iki yüz qırx altı) manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 101 m2 olan iddiaçıya məxsus mənzildə xx.xx.2021-ci il tarixli müqavilə şərtləri nəzərə alınmaqla təqdim olunan təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 14581 manat olduğu, həmin mənzildə xx.xx.2021-ci il tarixli müqavilə şərtləri nəzərə alınmaqla İddiaçı Sərəstən qızı tərəfindən görülən işlər olaraq təqdim olunan təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin təqribən 5802 manat olduğu müəyyən olunmuşdur. Keçirilmiş ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İddia ərizəsindən, tərəflərin məhkəmə iclasındakı izahatından aydın olur ki, iddiaçı ilə Cavabdeh2 arasında 16 aprel 2021-ci il tarixdə “əmlakın təmiri” barədə müqavilə bağlanmışdır. Müqavilə əsasən iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 101 kv.m sahəni cavabdeh 30.000 manat əvəzində təmir etməli olmuşdur. Lakin daha sonra cavabdeh təmiri başa çatdırmamış, eyni zamanda onun tərəfindən təmir aparılmış sahələrdə yenidən təmirə ehtiyac olduğundan mənzilin həmin hissələri yenidən iddiaçı tərəfindən ekspert rəyinə əsasən 5802 manat dəyərində təmir edilmişdir. Lakin ekspert iddiaçı tərəfinən görülən təmir işlərinin dəyərini tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş qiymətlərdən yüksək qiymətlərlə nəzərə almışdır. (məsələn: seyf tipli giriş qapı müqavilədə 500-600 manat müəyyən edildiyi halda rəydə 800 manat dəyərində göstərilmişdir) Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfinən görülən təmir işlərinin dəyəri tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmaqla tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddi qismən təmin edilməli Cavabdeh2 15000 manat və iddiaçı tərəfinən yenidən görülən təmir işlərinə görə 4902 manat, ümumilikdə 19902 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 50 manat pul da Cavabdeh2 tutularaq Məhkəmə Eksperyiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 15000 manat və iddiaçı tərəfinən yenidən görülən təmir işlərinə görə 4902 manat, ümumilikdə 19902 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 135 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 50 manat məbləğində ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-21/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-21/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver