Məhkəmə qərarları › İş №2(074)-21/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-21/2025

13.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-21/2025 13.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 zəbt etdiyi icarə müqaviləsi ilə ona verilmiş torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edə bilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 X3 (JN- 2461, kod ********) surətindən görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 32 saylı sərəncamı və xx.xx.2002-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə "Qaya Xəlil" adlanan yay otlaq sahəsindən qoyunçuluğun inkişafı üçün 15 il müddətinə 300 (üç yüz) hektar torpaq sahəsi kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi kimi örüş kimi müvəqqəti istifadə üçün ona verilmişdir. Bu şəhadətnamə 05 noyabr 2022-ci il tarixdə səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 143 saylı, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə ona icarəyə verilmiş və sərəncamın icrasına nəzarət edilməsi və sözügedən icarə müqaviləsinin hazırlanması aidiyyəti orqanlara tapşırılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli "X4 Planı"ndan görünür ki, Şamaxı Rayon İnzibati Ərazisində yerləşən və Dövlət Mülkiyyətində olan "Qaya Xəlil" adlanan yay otlaqlarına aid 300 ha torpaq sahəsi ona icarəyə verilmiş və həmin torpaq sahəsinin xəritəsi, qonşu sərhədləri göstərilmiş və sertifikat göstəriciləri müəyyən edilmişdir. Həmin ərazidə ona icarəyə verilmiş 300 ha torpaq sahəsinə gələrkən Cavabdeh1 həmin torpaq sahəsinin böyük hissəsini zəbt etdiyini görüb. O, cavabdehə bildirib ki, "Qaya Xəlil" adlanan bu 300 ha örüş yeri 2002-ci ildən bəri həmişə yay otlaq sahəsi kimi ona icarəyə verilir. Odur ki, uzun müddətdən bəri həmişə onun icarəsində olan bu yay otlaq sahəsinin bütün ərazisini (sərhədlərini) o, əzbərdən bilir və ondan xahiş edib ki, onun istifadəsinə verilmiş zəbt etdiyi torpaq sahəsini boşaltsın. Lakin Cavabdeh1 ona icarəyə verilmiş zəbt etdiyi torpaq sahəsini boşaltmayıb. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona əvvəl 300 ha, cavabdehlərə isə 382 ha torpaq sahəsi icarəyə verilmişdir. Daha sonra həm onunla həm də cavabdehlə 300 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış, lakin həmin vaxt əvvəl onun icarəsinə verilmiş istifadəyə yararlı olan torpaq sahəsi cavabhedlərə verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmədiyini və bunun ekspert rəyi ilə də təsdiq olunduğunu bildirirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsinin baxılmamış saxlanılması ilə razı deyil və işə baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək həmin torpaq sahəsinin əvvəl ona daha sonra isə həyat yoldaşı Cavabdeh2 icarəyə veridiyini, iddiaçıya verilmiş torpaq sahəsinin zəbt edilmədiyini və bunun ekspert rəyi ilə də təsdiq olunduğunu bildirirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsinin baxılmamış saxlanılması ilə razı deyil və işə baxılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəf iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılmalı və iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 003/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə və icarə haqqının razılaşdırılması protokolundan görünür ki, Şamaxı rayonunu inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmiş və icarə haqqı 300 ha yay otlaq sahəsinə görə illik 2700 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 143 nömrəli, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamından görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş "X4 Planı"ndan görünür ki, Şamaxı Rayon İnzibati Ərazisində yerləşən və Dövlət Mülkiyyətində olan "Qaya Xəlil" adlanan yay otlaqlarına aid 300 ha torpaq sahəsi İddiaçı icarəyə verilmiş və həmin torpaq sahəsinin xəritəsi, qonşu sərhədləri göstərilmiş və sertifikat göstəriciləri müəyyən edilmişdir. İş materiallarında olan 002/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli “torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqavilə və icarə haqqının razılaşdırılması protokolunun surətindən görünür ki, Şamaxı rayonunu inzibati ərazisinə aid "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh2 icarəyə verilmiş və icarə haqqı 300 ha yay otlaq sahəsinə görə illik 2700 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 144 nömrəli, 27 oktyabr 2023-cü il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi barədə" sərəncamının surətindən görünür ki, "Qaya Xəlil" adlı yay otlaq sahəsindən ümumilikdə 300 ha torpaq sahəsi 5 il müddətinə Cavabdeh2 icarəyə verilmişdir. İş materiallarında olan 08 yanvar 2007-ci il tarixli, 02 nömrəli sərəncamının surətindən görünür ki, Şamaxı rayonunu “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan 13 mart 2007-ci il tarixli “torpağın icarə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, Şamaxı rayonunu “Qaşqa” adlı qış otlaq sahəsindən 300 hektar və “Qaya Xəlil” adlı yay otlaq sahəsindən 383 hektar sahə Cavabdeh1 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli, 10/7754 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu "Qaya Xəlil" yay otlaq sahəsində yerləşən 300.0 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerləşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur. İddiaçı və cavabdehin iştirakları ilə mübahisə predmeti olan torpaq sahəsinə naturada baxış keçirilərək iddiaçının iddia etdiyi hissənin koordinatları müəyyən edilmişdir. Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsini naturada göstərmiş və koordinatları GPS aləti vasitəsilə götürülmüşdür. Naturada koordinatları müəyyənləşdirilmiş Şamaxı rayonu "Qaya Xəlil" yay otlaq sahəsində yerləşən 300.0 hektar yay otlaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerləşmə planına və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planına uyğundur. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 22.40 ha təşkil edir. İddiaçının naturada iddia etdiyi 22.40 ha torpaq sahəsi Cavabdeh2 icarəsinə verilmiş, rayon icra hakimiyyəti tərəfindən təqdim olunmuş torpaq sahəsinin yerləşmə planında və Ərazi İdarəsi tərəfindən həmin yay otlaq sahəsinə hazırlanmış yerquruluşu planında qeyd olunmuş 300.0 ha torpaq sahəsi ilə üst-üstə düşür və hansı hissədə üst-üstə düşməni əks etdirən yerquruluşu planı rəyə əlavə olunur. Ekspertiza xərci 50 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi sübut edilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Eksperyiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza üzrə ekspert xərcini təşkil edən 50 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən maneəsiz istifadə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 50 manat məbləğində ekspertiza xərci alınıb X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar