Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-215/2023 03.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə qarşı “töhmətin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-199 nömrəli Əmirin 1.6-cı bəndinin “İddiaçı töhmət verilsin” hissəsində ləğv edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci il tarixdən İsmayıllı rayon Maarif Şöbəsində işləməyə başlamışdır. 1989-cu il tarixdən həmin şöbədə mühasib vəzifəsində işləyir. İdarənin adı, sutrukturu müxtəlif vaxtlarda, müxtəlif formalarda dəyişilsədə həmin şöbədə, idarədə mühasib kimi fəaliyət göstərmiş və hal-hazırda da həmin idarənin İsmayıllı rayonu üzrə təhsil sektorunun mühasibi vəzifəsində işləyir. Ərizəyə əlavə etdiyi Əmək kitabçasının surətindən göründüyü kimi, eyni təşkilatda və demək olar eyni işdə artıq 34 il işləyir və bu illlər ərzində həmişə qabaqcıl, işini bilən, nizam-intizamlı işçi olmuş, həmişə fəaliyyəti müdriyyət tərəfindən müsbət qiymətləndirilmiş və mükafatlara layiq görülmüşdür. Bu illər ərzində heç bir zaman, heç bir dəfədə olsa işlədiyi idarədən şifahi xəbərdarlıq da olsa almamışdır. Həmişə yuxarıda qeyd etdiyi kimi nümünəvi işçi olmuşdur. 2022-ci ilin dərs ili başlayandan sonra səbəbi ona məlum olmasada hiss eləmişdir ki, rəhbərliyin ona münasibəti ögeyləşib, heç bir səbəb olmadan işində nöqsan axtarmağa başlayıblar. Artıq 34 il əmək stajına malik, təcrübəli bir işçi kimi işinin öhdəsindən layiqincə gəlmiş və ona qarşı hər hansı bir nöqsan tutmalarına imkan verməmişdir. İşi yoxlanılanda həmişə tam qanuna və qaydalara uyğun olub. 2022-ci ilin noyabr ayında ona bildimişlər ki, İsmayıllı təhsil sektoruna baxan Uştal kənd tam orta məktəb müəllimlərinin 2022-2023 tədris ili üçün dərs bölgüsü aparılan zaman hansısa texniki səhvə yol verilib, bunun üçün mühasib kimi izahat yazmalıdır. Həmin nöqsanla tanış olaraq, izahat yazmışdır ki, qeyd olunan texniki səhv olmaqla bir mühasib kimi heç bir günahı yoxdur. Belə ki, İsmayıllı təhsil sektoruna baxan Uştal kənd tam orta məktəb müəllimlərinin 2022-2023 tədris ili üçün dərs bölgüsünü həmin məktəbin direktoru, dərs hissə müdüri, həmkarlar təşkilatın müdiri və digər məktəb tərəfindən formalaşdırılmış komissiyanın üzvləri aparır. Tərtib edilmiş cədvəl məktəb direktoru, həmkarlar təşkilatın sədri və komissiya üzvləri tərəfindən imzalanaraq, məktəb direktoru tərəfindən möhürlənir. Bundan sonra həmin cədvəl İsmayıllı təhsil sektoruna gətirərək sektorda təşkil olunmuş 7 nəfərlik komissiya üzvülərinə verilir, onlar tərəfindən yoxlanıldıqdan və sektor təhbəri tərəfindən yoxlanaraq dərkənar qoyulandan sonra icra olunması üçün ona verilir və artıq tam yoxlanılmış, möhürlənmiş cədvəl üzrə üzərinə düşən mühasibatlıq işini aparır. Əgər qeyd olunan cədvəldə hər hansı bir qanunsuzluq varsa, onda günahkar şəxs kimi birinci həmin məktəbin direktoru, dərs hissə müdüri, həmkarlar komitəsinin sədri, həmin məktəbdə dərs bölgüsünə nəzərət edən komissiya üzvləri, İsmayıllı təhsil sektorunda təşkil edilmiş 7 nəfər komissiya üzvü, sektor müdüri və ən sonda əgər onluq bir nöqsan varsa cəzalandırılmalıdır. Amma çox təssüf ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Rövşən Əliyevin imzası ilə tərtib edilmiş dərs bölgüsü cədvəlinə görə qeyd etdiyi, tam məsuliyyət daşıyan şəxslərdən heç bir yox, tək o heç bir günahı olmadığı halda cəzalanmış, töhmət almışdır. İsmayıllı təhsil sektoruna baxan Uştal kənd tam orta məktəb müəllimlərinin 2022-2023 tədris ili üçün dərs bölgüsünü həmin məktəbin direktoru, dərs hissə müdrü, həmkarlar təşkilatının müdiri və digər məktəb tərəfindən formalaşdırılmış komissiyanın üzvüləri aparmış, tərtib edilmiş cədvəl məktəb direktoru, həmkarlar təşkilatının sədri və komissiya üzvü tərəfindən imzalanaraq, məktəb direktoru tərəfindən möhürlənmişdir. Bundan sonra həmin cədvəl İsmayıllı təhsil sektoruna gətirərək sektorda təşkil olunmuş 7 nəfərlik komissiya üzvüləri tərəfindən yoxlanılmış, onlar tərəfindən yoxlanıldıqdan və sektor rəhbəri tərəfindən yoxlanaraq dərkənar qoyulandan sonra icra olunması üçün ona verilmişdir. Tam yoxlanılmış və möhürlənmiş bir cədvəl üzrə mühasibatlıq işini icra etmişdir. 34 illik bir təşkilatda mühasib işləyəsən, həmişə işin rəhbərlik və kollektiv tərəfindən müsbət qiymətləndirilsin, amma heç bir günahın olmadan kiminsə şəxsi qərəzi ucbatından töhmət verilməsinə dözə bilmir və töhməti qanunsuz, əsassız və ədalətsiz sayaraq ləğv olunmasını istəyir. Qanunun tələbinə uyğun olaraq qanunla müəyyən olunmuş vaxt ərzində Mediasiya təşkilatına müraciət etmiş və Mediasiya Şurasının 27 dekabr 2022- ci il tarixli iclasında tərəflər heç bir razılığa gələ bilmədiyi üçün məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dərs bölgüsü ona təsdiq edilmiş formada verilir o, isə həmin bölgü əsasında müvafiq mühasibatlıq işlərini aparır. Həmin bölgüdə səhvlik olsa belə onun həmin səhvi düzəltmək hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dərs bölgüsünə dair cədvəl iddiaçıya təqdim edilənədək onu bir neçə şəxs yoxlayır. Əgər səhvlik olubsa deməli onu yoxlayanların hamısına töhmət verilməli idi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nümayəndəsi X5 iddia tələbinin əsassız olduğunu bildirərək rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı 1c proqramında aparılan əməliyyatlara səhlənkar yanaşmış, işdə nöqsanlara yol verdiyi üçün ona töhmət verilmişdir. Beləki, iddiaçı Azərbaycan dili və ədəbiyyat dərsinin bölgüsündə səhvlik olduğunu görüb həmin bölgü əsasında mühasibatlıq işlərini aparmamalı idi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən R.M.Əliyevin xx.xx.2022-ci il tarixli K-199 saylı əmrdən görünür ki, X4 ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəisi səlahiyyətlərini icra edən Rövşən Əliyevə həmin regionun Maliyyə İqtisadiyyat sektorunun müdiri X8 tərəfindən ünvanlanmış məlumatdan görünür ki, ...İddiaçı (İsmayıllı rayonu üzrə təhsil sektorunun mühasibi) Elm və Təhsil Nazirinin xx.xx.2022-ci il F- 462 nömrəli əmrini kobud şəkildə pozduğunu, rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsini, 1c proqramında aparılan əməliyyatlara səhlənkar yanaşdığını, işdə yol verdikləri nöqsanları (maliyyə pozuntularını) nəzərə alaraq töhmət verilməsini məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Mühasibin vəzifə təlimatı”ndan görünür ki, maliyyə şöbəsinin mühasibi Dağlıq Şirvan RTİ-nin müxtəlif mədaxil, məxaric oderləri, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Maliyyə şöbəsinin mühasibi fəaliyyəti prosesi zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat verir və onların aradan qaldırılması üzrə təkliflər verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Uştal kənd tam orta məktəb müəllimlərinin 2022-2023 tədris ili üçün dərs bölgüsü zamanı Azərbaycan dili və ədəbiyyat fənni üzrə bölgü zamanı səhvə yol verilmiş, iddiaçı isə həmin bölgü əsasında mühasibatlıq işləri aparmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə qarşı “töhmətin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə qarşı “töhmətin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-215/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-215/2023
03.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver