Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-228/2021 24.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin ona qaytarılması və həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 mənə məxsus əmlaklarını Şamaxı rayonu Mirikənd kənd XDS İcraiyyə komitəsinin 1986-1990-cı illərin təsərrüfat başına kitablarında göstərilən İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikili altında olan torpaq sahəsini zəbt etmiş torpağın ona qaytarılması, həmin torpağın əvvəlki vəziyyətə qaytarılmasının X1 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin soyadının “Qədirova” kimi yazılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində ona məxsus torpaq sahəsinin əvvəlki, yəni orada olan bir evi tələb etdiyin bildirmiş, hazırda isə ona məxsus torpaq sahəsinin qaytarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayon Mirikənd kəndində yaşamış, İİ qrup əlildir. 14 il müddətinə törətdiyi cinayət əməlinə görə cəza almış, o, həbsdə olduğu zaman keçmiş həyat yoldaşı Cavabdeh ona məxsus əmlakları Şamaxı rayonu Mirikənd kənd XDS İcraiyyə komitəsinin 1986-1990-cı illərin təsərrüfat başına kitablarında göstərilən İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi o cümlədən 0,02 ha tikili altında olan torpaq sahəsini və mülkünü zəbt etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahat verib bildirmişdir ki, iddia əsassızdır və təmin olunmamalıdır. İddiaçı evlənmiş, hətta bir uşağıda olmuşdur. O, isə iddiaçıdan hələ də boşanmamışdır. İddiaçı 5 uşağı da onun üstünə ataraq çıxıb getmişdir. İddiaçının qardaşları da ona kömək etməmişdir. Qeyd olunan torpaq 12 sot olmuşdur. 1996-cı ildə oradan çıxmışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X6 Filialının 06.11.2020-ci il tarixli № 199 saylı arxiv çıxarışından görünür ki, Şamaxı rayonu Mirikənd kənd XDS İcraiyyə Komitəsinin 1986- 1990-cı illərin təsərrüfat başına kitablarında İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,02 ha tikili altında olması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikasının 267 inventar işi nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu, Mirikənd kəndində yerləşən üç otaqlı, 54,8 kvadrat yaçayış sahəsi, 32,9 kvadrat köməkçi sahəsi olan ev Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 03.05.2021-ci il tarixli № **********08 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı və Cavabdeh adına daşınmaz əmlakın olub-olmaması araşdırılarkən yalnız İddiaçı adına Şamaxı rayonu Mirikənd kəndində fərdi yaşayış evi, JN 0096 nömrəli dövlət aktına əsasən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN 154A nömrəli şəhadətnaməyə əsasən 0,1100 ha həyətyanı torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 03.05.2021-ci il tarixli № **********04 saylı sorğuya cavab məktubundan görünür ki, 13.01.1957-ci il təvəllüdlü Cavabdeh adına daşınmaz əmlakın olub-olmaması araşdırılarkən Cavabdeh adına baza materiallarında və inventar kitablarında qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-154A kod 41013018 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətinə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə Şamaxı rayonu Mirikənd kəndində 0,11 ha ölçüdə torpaq sahəsi verilmişdir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə Şamaxı rayonu Mirikənd kəndində 0,11 ha ölçüdə torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Daha sonra o, həbs edilmişdir. Həmin torpaq sahəsindən arvadı Cavabdeh istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.7-ci maddəsinə əsasn istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdeh mübahisə edilən torpaq sahəsinin ona verilməsini bildirsə də, həmin torpaq sahəsinin onun istifadə, sahiblik və mülkiyyətinə verilməsinə dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh həmin torpaq sahəsinə dair heç bir hüququ qorunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Şamaxı rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Şamaxı rayonu Mirikənd kəndində 0,11 ha ölçüdə torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 30 saylı qərarında göstərilən Şamaxı rayonu Mirikənd kəndində 0,11 ha ölçüdə olan torpaq sahəsindən Cavabdeh çıxarılsın və torpaq sahəsi İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-228/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-228/2021
24.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver